03-10-2014 [11:01]
"İndi artıq dəbdə olan
sənətçilər var. Onların kimliyini siz də bilirsiniz. Onlar olan yerdə bizi toya
aparan yoxdur”.
Bunu xalq artisti, "Toylar kralı” Səməd Səmədov AzNews.az-a müsahibəsində bildirib. Xalq artistinin sözlərinə görə, onu toya çağıranlar ancaq sadə və kasıb vətəndaşlardır. "Onların arasında olmağı sevirəm. Buna da min şükür. Xalqıma təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, onlar məni unutmur, öz şənliklərinə dəvət edirlər”.
Səməd Səmədov müsahibəsində
indiyədək oxuculara məlum olmayan bir çox məqamlara toxunub.
-Səməd müəllim, yeni mövsüm başlayıb. Bu payızda tamaşaçılara hansı yeniliklər bəxş edəcəksiniz?
-Mən hələ bağda dincəlirəm. Havalar qaydasına düşməyincə şəhərə daşınmıram. Çünki payızın havası bağda adama ləzzət verir. Mən burada tək deyiləm, dayanmadan yanıma tanışlarım gəlir. Onların arasında "Qismət” qrupu da var. Qrupla məşğul oluruq. Bizim yeni bir disk buraxmaq fikrimiz var. Məhərrəmliyə də az qalıb. Bu da o deməkdir ki, toy mövsümü bağlanır. Çox pis oldu. Hər halda çətin aydır. Səhərlər qaçıram, artıq pensiyadayam. Yəni, belə desək, pensiyaçıyam. İnanırsınız, bu, mənim heç xoşuma getmir. Səməd Səmədov da pensiyaçı oldu...
-Hələ sizin pensiya çıxmağınıza çox var axı?
-Asta-asta pensiyaya doğru gedirəm. Bunu bilib, mən də bala-bala, asta-asta işləyirəm. Yaxşı olacaq, inşallah. Nəvələrimi başıma yığmışam. Artıq onların hər biri məktəbə gedir. Böyük nəvəmin oktyabrda 17 yaşı tamam olacaq. O gün olsun, nəvə toyu görüm. Mənim yaşıdımda kimlər var, hamısına nəvə toyu arzu edirəm.
-Yeni mövsümdə solo konsertiniz olacaq?
-Mənim üçün konsert bitib. Mən heç cavanlıqda bir dəfə də olsun, konsert vermədim. Bundan sonra isə konsert heç olmayacaq. Cavanlıq gedib, konsert vaxtı deyil. Səməd Səmədovun konsertləri - onun apardığı toy şənlikləridir. Mənim kimi toy aparan, toy oxuyan var ki? Maşallah, ömrümün 25 ilini xalqın toy şənliyinə sərf elədim. Toylar məni qocaltdı. Mən kimlərin toyunda olmamışam... Bu gün mən vaxtıyla toy oxuduğum bəylə gəlinin nəvələrinin toyuna gedirəm. Yaxınlaşırlar mənə, deyirlər ki, Səməd müəllim baxın, siz vaxti ilə bizə toy etdiniz, indi bizim övladlarımızın toyuna gəlmisiniz. Artıq nəvə toyu edirəm.
-Bu illər ərzində ən bahalı toyu kimə etmisiniz?
-O vaxtlar toyların qiyməti 3 mindən çox deyildi. Bugünkü kimi bahalı toy yox idi. Ən bahalı toy 5 min idi. Yəni, nəinki mən, rəhmətlik Məmmədbağır Bağırzadə, Zaur Rzayev, Hüseynağa Hadıyev, Yalçın Rzazadə, Akif İslamzadə bahalı toylara gedirdik. O vaxtlar bu tərkib ən bahalı toyun aparıcıları idi. Əgər mənə inanmırsınızsa, Əli Mirəliyevdən soruşun. Əli Mirəliyev bunların canlı şahididir. O vaxtın 3 mini bu günün 25 minidir. Mən belə düşünürəm.
-Sənət adamlarına bahalı
hədiyyələr bağışlayırlar. Sizə ən bahalı hədiyyə nə olub?
-Mənə ən böyük hədiyyə Əməkdar artist və Xalq artisti fəxri adlarıdır. Bundan böyük bahalı hədiyyə ola bilməz. Bu, hər sənətkara nəsib olmur. Baxın da, mən çox xoşbəxt sənətkaram ki, bu böyük hədiyyəni dövlətdən və Prezidentdən aldım. Ona görə də sayılıram, hörmətim var.
-Məmur balalarının toyunda oxumusunuz?
-Əlbəttə. İnanmırsınızsa bunu
da Əli Mirəliyevdən soruşun. Mən vaxtiylə ən bərk gedən müğənni olmuşam.
-Bəs, bu gün necə, məmur balalarının toyuna dəvət alırsınız?
-Yox. Bu gün məni toya aparan məmur yoxdur.
-Səbəb nədir?
-İndi artıq dəbdə olan sənətçilər var. Onların kimliyini siz də bilirsiniz. Onlar olan yerdə bizi toya aparan yoxdur.
-Bəs, sizi toya aparan kimlərdir?
-Ancaq sadə və kasıb vətəndaşlar. Onların arasında olmağı sevirəm. Buna da min şükür. Xalqıma təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, onlar məni unutmur, öz şənliklərinə dəvət edirlər. Bu gün müğənnilər toy qiymətlərini açıqlamaq istəmirlər. Gizlədirlər, amma Səməd Səmədov həmişə hamıdan fərqlənib. Odur ki, mən çəkinmədən bu gün toya neçəyə getdiyimi də deyə bilərəm. Toyum var ki, 4 mindir. Toy da var 3 min, 2 min 500 və 2 min manatdır. Bu, toyun harada keçirilməsindən asılıdır. Elə şadlıq sarayları var ki, orada toy 4 mindir. Yəni istəsəm də aşağı edə bilmirəm. Eləsi də var ki, 2 mindir. Utanmadan deyirəm. Nədir ki, Səməd Səmədov 2 minə toya gedə bilməz?
Bahar RÜSTƏMLİ,
AzNews.az
İran qan gölünə çevrilib - Aksiyada ölənlərin sayı 2615-ə çatıb
Danimarka Müdafiə naziri: "ABŞ hipotetik vəziyyətdədir" - Daha bir ölkə adaya qoşun göndərir
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı