Deputat: "Aqrar sığortaya əlavə vəsaitlər ayrılmalııdr, bu, vacibdir"

Deputat: \"Aqrar sığortaya əlavə vəsaitlər ayrılmalııdr, bu, vacibdir\"

İQTİSADİYYAT

Bugün, 11:52

"Fermerlərə dəymiş ziyanın ödənilməsi üçün aqrar sığortaya əlavə vəsaitlər ayrılmalııdr. Bu, vacibdir".

Mia.az xəbər verir ki, bu sözləri deputat Əli Məsimli Milli Məclisin bugünki iclasında deyib.

O bildirib ki, son vaxtlar intensiv yağışlar Şəki-Zaqatala zonasında böyük fəsadlar yaradıb, təsərrüfatlara xeyli ziyan vurub, həm fındıq, həm taxıl sahələrində, həm də tərəvəz məhsullarını yararsız hala salıb: "Bu istiqamətdə Aqrar Sığorta Fondu çox müsbət işlər görür və bunu müsbət qiymətləndirmək lazımdır. Amma dəyən ziyanın məbləğ ilə, onun ölçüləri ilə aqrar sığortanın maliyyə imkanlarını ölçəndə, əlavə bu istiqamətdə dəstəyin olması da çox vacibdir. Ona görə də aqrar sığortanın vəsaitindən başqa, əlavə vəsaitlərin də sığorta mexanizmi vasitəsilə ayrılmasını vacib hesab edirəm".

Samir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR