Anar Bağırov: "Azərbaycanda hüquqşünasların sayı kifayət qədər azdır"
CƏMİYYƏT
05.06.2026, 10:40
Azərbaycanda hüquqşünas azlığı problemi daim qaldırılan məsələlərdən biridir.
Mia.az xəbər verir ki, bunu Bakıda keçirilən "Hüquq təhsili və biznes gözləntilərinin uzlaşması" konfransında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, əslində, hamı deyir ki, Azərbaycanda hüquqşünas çoxdur: "Amma müqayisələr göstərir ki, ölkədə hüquqşünasların sayı kifayət qədər azdır. Düzdür, burada üzərində işlənməli olan başqa problemlər də var. Bunlardan biri akademik sahə ilə bağlı məsələlərdir. Ümumiyyətlə, hüquqşünas alimlərimiz və fəal hüquqşünaslarımız elmi-pedaqoji fəaliyyətə çox maraq göstərmirlər. Bu da problemdir və mən buna çox təəssüf edirəm. Çünki xarici ölkələrdə vəziyyət belə deyil. Təbii ki, burada Vəkillər Kollegiyasının da müəyyən məsuliyyəti var. Yəqin ki, biz də vəkilləri bu istiqamətdə kifayət qədər təşviq etmirik".
O, onu narahat edən digər məsələlərdən də danışıb: "Mən 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə test üsulu ilə qəbul olunmuşdum və həmin vaxt tələbələrin təxminən 80 %-ini oğlanlar təşkil edirdi, xanımlar isə azlıqda idi. Uzun illər bu tendensiya davam edib və bu, problem kimi qiymətləndirilib. İndi isə vəziyyət dəyişib. Artıq çoxluğu xanımlar təşkil edir, kişilər isə azlıqda qalıb".
Onun fikrincə, əsas məsələ balansın qorunmasıdır: "Niyə bir tərəf çox, digər tərəf az olmalıdır? Mən bərabərliyin tərəfdarıyam. Biz hüquqşünasıq və bizim üçün bərabərlik hər şeydən üstündür. Bu sahədə də balans olmalıdır. Zənnimcə, problem ondadır ki, Azərbaycanda hüquq peşəsi əvvəlki kimi cəlbedici deyil. Əvvəllər insanlar, xüsusilə də oğlanlar hüquqa daha çox maraq göstərirdilər. Çünki hesab olunurdu ki, bu sahə gəlirlidir və burada qısa müddətdə maddi vəziyyəti yaxşılaşdırmaq mümkündür. Mən buna normal yanaşma kimi baxıram. İnsan yalnız altruist olmamalıdır, öz maddi durumunu və ailəsini də düşünməlidir".
A. Bağırov qeyd edib ki, hazırda oğlanlar daha çox başqa peşələrə üz tuturlar: "Xanımların sayının artmasının səbəblərindən biri də budur. Hüquq peşəsi xanımlar üçün daha rahat görünür, amma kişilər üçün əvvəlki qədər cəlbedici deyil. Mən hesab edirəm ki, bu, qlobal problemlərdən biridir və yaxın 5-10 il ərzində hamını düşündürən məsələyə çevriləcək. Çünki elə vəzifələr var ki, bəzi hallarda xanımlar regionlarda və ya hüquq-mühafizə orqanlarında fəaliyyət göstərməyə razı olmurlar. Kişilər isə bu cür qərarları daha tez qəbul edirlər. Ailə ilə bağlı müəyyən narazılıqların yaranması da təbiidir. Düşünürəm ki, bu məsələ üzərində ciddi şəkildə düşünmək lazımdır"/Report
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Məşhur repçi həbs olundu
Bugün, 01:00 MƏDƏNİYYƏT
-
Özgür Özəldən iddialı açıqlama: "Yeni partiyamıza 200-dən çox bələdiyyə sədri qatılacaq, Mənsur Yavaş və Karalara gəlincə..."
Bugün, 00:36 SİYASƏT
-
"Beşiktaş" "bizlik deyil" deyib satdı, indisə... - "Aston Villa" 20 milyon avro verir
Bugün, 00:22 İDMAN
-
Yeni Partiyanın prezidentliyə namizədi İmamoğlu olacaq? - Özgür Özəl suala "ikibaşlı" cavab verdi
Bugün, 00:15 SİYASƏT
-
"NEC Nijmegen" Duşan Tadiçi heyətinə qatıb
Bugün, 00:07 İDMAN
-
Ramiz Mehdiyevlə bağlı hansı qərar veriləcək?
Bugün, 00:03 SİYASƏT
-
"Alanyaspor" Güvən Yalçın ilə yolları ayırdı
27.07.2026, 22:34 İDMAN
-
Seda Sayandan Haluk Levent haqqında gözlənilməz - AÇIQLAMA
27.07.2026, 22:26 MƏDƏNİYYƏT
-
Türkiyəli aktrisa biznes layihəsinə başlayıb
27.07.2026, 20:08 MƏDƏNİYYƏT
-
TRAMP İRANI HƏM HƏDƏLƏDİ, HƏM DƏ... - "Çin və Pakistanın xahişi ilə danışıqları bərpa etdim, lakin..."
27.07.2026, 19:50 DÜNYA
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan... - Bakıda ermənilərin məhkəməsi davam edir
27.07.2026, 19:34 GÜNDƏM
-
Aкif Qurbanov və Ruslan İzzətli 15 , Ələsgər Məmmədli və... - Onlara hökm oxundu
27.07.2026, 17:40 PRESS
-
"Real Madrid" Yan Diomande ilə razılaşdı
27.07.2026, 17:30 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
27.07.2026, 17:00 İQTİSADİYYAT
-
"Moody's" SOCAR-ın kredit reytinqi barədə yeni qərar verdi - Nələr olacaq?
27.07.2026, 16:46 İQTİSADİYYAT
-
Ülvi Hacızadə nazir müavini təyin edildi
27.07.2026, 16:40 CƏMİYYƏT
-
Lerik sakini narkotiklə saxlanılıb
27.07.2026, 16:24 KRİMİNAL
-
"Səhər" telekanalı və "Mehr" ölkəmizdə bloklandı, nümayəndələrinin fəaliyyəti qadağan olundu. - MEDİA bəyanat yaydı
27.07.2026, 16:16 SİYASƏT
-
Bloger saxlanıldı - Narkotik ittihamı ilə
27.07.2026, 16:02 PRESS
-
Xəzərdə 13 yaşlı qız batıb - 3 nəfər isə xilas olunub
27.07.2026, 15:55 CƏMİYYƏT
-
5 məşhur şəxs istintaqa çağırıldı
27.07.2026, 15:29 MƏDƏNİYYƏT
-
TRAMP İDDİALARI TƏKZİB ETDİ
27.07.2026, 15:25 GÜNDƏM
-
264 keçmiş deputat CHP-dən istefa verdi - Kılıçdaroğlu təklənir (SİYAHI)
27.07.2026, 15:20 SİYASƏT
-
ATV-nin aparıcısı pulqabısını itirib
27.07.2026, 15:06 PRESS
-
Əli Əsədov yeni əmr imzalayıb
27.07.2026, 14:50 İQTİSADİYYAT
-
Vüqar Əhmədov Bakıdan rayona rəis göndərdi - "Azərişıq" rəhbərindən unikal əmrlər
27.07.2026, 14:36 CƏMİYYƏT
-
Azərbaycanda işsizlərin sayının artmasının əsas səbəbi nədir? - Deputatdan şərh
27.07.2026, 14:26 İQTİSADİYYAT
-
RƏSMİ TEHRNDAN TRAMP və ZELENSKİYƏ TƏHDİD: "Müharibə və sülh vaxtını yalnız biz müəyyən edirik" - "Ukraynanın Xəzərdə təhlükəli macərası cavabsız qalmayacaq"
27.07.2026, 14:08 GÜNDƏM
-
İlham Əliyev futbolla bağlı sərəncam imzaladı
27.07.2026, 14:05 İDMAN
-
Prezident bu qanunlara dəyişikliyi təsdiq edib - DETALLAR
27.07.2026, 14:04 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
27.07.2026, 14:01 GÜNDƏM
-
Almanlar orduya güvənmr - Sorğu
27.07.2026, 13:55 GÜNDƏM
-
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat və... - Prezidentdən daha iki qanuna dəyişiklik
27.07.2026, 13:45 GÜNDƏM
-
İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - YENİ TƏYİNATLAR
27.07.2026, 13:24 GÜNDƏM