"Bakıdakı oyunda daha fərqli oyun sərgiləyəcəyik" - Qurban Qurbanovdan iddialı açıqlama

img

03-10-2014 [09:51]


"Məğlubiyyətə üzülmədim. Futbolda belə halların olması normaldır. Biz meydanda böyük səhvlər etdik. Bəzi futbolçular mənim tapşırığımı yerinə yetirmədi".

Mia.az xəbər verir ki, "Qarabağ"ın rəsmi rəsmi saytına açıqlama verən baş məşqçisi Qurban Qurbanov "İnter"lə Bakıdakı cavab görüşündə fərqli oyun sərgiləyəcəklərini bildirib: "Bəlkə də çoxları düşünürdü ki, bu gün "Qarabağ" müdafiə oyunu sərgiləyəcək. Amma biz bunu etmədik, topu özümüzdə saxlamaqla hücum qurmağa çalışdıq. İki real qol şansımız oldu, ancaq bunlardan yararlana bilmədik. Bu, hələ son deyil. Qarşıda bizi "İnter"lə cavab oyunu gözləyir. Bu oyunda Avropa nəhənginə qarşı etdiyimiz səhvləri analiz edib, Bakıdakı oyunda daha fərqli oyun sərgiləyəcəyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA