Türkiyə səfirliyi Mətbuat Şurası ilə müsabiqə elan etdi - Şərtlər

img

02-10-2014 [22:07]


Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyi, Azərbaycan Mətbuat Şurası və Türkiyə Nazirlər Kabinetinin Türk Əməkdaşlıq və Koodinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyi Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin rolunun, türk dünyasına təsiri imkanlarının tədqiqi istiqamətindəki jurnalist fəaliyyətini stimullaşdırmaq məqsədilə "Türkdilli ölkələrin media birliyi: tarixi zərurətin doğurduğu reallıq” mövzusunda müsabiqə elan edib.

I. Müsabiqənin istiqamətləri

Müsabiqəyə təqdim olunacaq yazılar üçün "Türkdilli Ölkələrin və Toplumların Media Forumu: ideyanın yaranması, təşəkkülü və gələcəyə baxış” istiqaməti müəyyənləşdirilib.

II. Mükafatlandırma

Müsabiqədə 3 yer nəzərdə tutulub.

Müsabiqənin qalibi Türkdilli Ölkələrin və Toplumların noyabrın 15-də Şimali Kiprdə keçiriləcək IV Forumunda iştirak hüququ əldə edəcək.

Müsabiqədə ikinci və üçüncü yerə layiq görülmüş jurnalistlər Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə bu ölkənin müxtəlif yerlərinə təşkil ediləcək turlarda iştirak hüququ qazanacaqlar. Turların vaxtı barədə qaliblərə əlavə məlumat veriləcək.  

Müsabiqədə yer tutacaq şəxslərin adları noyabrın ayının 5-dək açıqlanacaq.

III. Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;

Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi;

Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

İfadə vasitələrinin zənginliyi;

Oxucu üçün informasiyalılıq dərəcəsi;

Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə;

Müsabiqəyə 3-30 oktyabr 2014-cü il tarixlərində qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;

Yazıda "Yazı Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyinin, Azərbaycan Mətbuat Şurasıın və TİKA-nın Bakı nümayəndəliyinin "Türkdilli ölkələrin media birliyi: tarixi zərurətin doğurduğu reallıq” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...