Bakı Dövlət Universitetində məzun günü: rektor 156 min manat ayırdı

Bakı Dövlət Universitetində məzun günü: rektor 156 min manat ayırdı

CƏMİYYƏT

Bugün, 12:16

Bakı Dövlət Universiteti (BDU) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, BDU tərəfindən 2025/2026-cı tədris ili üzrə “Məzun günü” tədbirinin təşkili və keçirilməsi ilə bağlı müsabiqənin qalibi “Admedia.az” MMC (VÖEN - 2002644161) olub.

Qeyd edək ki, BDU tenderin qalibi olan şirkətə 155 min 913 manat 40 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Admedia.az” MMC 21 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Məmmədov Emin Əjdər oğlu, icraçı direktoru isə Sabit Məmmədovdur.

Onu da bildirək ki, BDU-nun əvvəlki illərdə keçirdiyi “Məzun günü” tədbirlərini də “Admedia.az” MMC təşkil edib. Bir il əvvəl – 2024/2025-ci tədris ilində BDU “Məzun Günü” tədbirinin təşkili və keçirilməsi üçün “Admedia.az” MMC-yə 158 min 627 manat 40 qəpik, 2023/2024-cü tədris ilində isə 146 min 662 manat 20 qəpik ödəyib.

Açıqlanan məlumatlardan da göründüyü kimi, BDU-nun “Məzun Günü” tədbiri ilə bağlı xərcləri son bir ildə 2 min 714 manat azalıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR