Müəllimlərin işə qəbulu müsabiqəsi: iştirak rüsumu 60 manatdır

Müəllimlərin işə qəbulu müsabiqəsi: iştirak rüsumu 60 manatdır

CƏMİYYƏT

Bugün, 11:57

"Nazirlər Kabinetinin 24 aprel 2026-cı il tarixli 114 nömrəli Qərarına əsasən, müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak rüsumu 60 manat olaraq müəyyən edilib".

Mia.az xəbər verir ki, bu barədə  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, namizəd əvvəlcə müraciətini tamamlayır, müraciəti təsdiqləndikdən sonra ödəniş mərhələsinə yönləndirilir: "Ödəniş tamamlandıqdan sonra namizədin iştirak statusu aktivləşdirilir. Qanunvericiliyə əsasən, müsabiqədə ilk dəfə iştirak edən namizədlər, şəhid ailəsinin üzvləri, müharibə veteranı adı almış şəxslər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri müsabiqədə ödənişsiz iştirak edə bilərlər. Namizədin ödənişdən azad olunan kateqoriyaya aid olub-olmaması aidiyyəti dövlət informasiya sistemləri üzərindən avtomatik qaydada yoxlanılacaq".

Məlumata görə, ödəniş elektron qaydada həyata keçiriləcək. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR