Özgür Özəl ilk dəfə açıqladı: “Fəlakət ssenarisinə hazır olmalıyıq” – “Yeni bir partiya var, ikinci ehtiyat partiya da var”  

Özgür Özəl ilk dəfə açıqladı: “Fəlakət ssenarisinə hazır olmalıyıq” – “Yeni bir partiya var, ikinci ehtiyat partiya da var”  

SİYASƏT

Bugün, 10:05

Məhkəmə qərarıyla postundan, polis gücüylə isə qərargahından çıxarılan CHP-nin sabiq sədri Özgür Özəl yerinə gətirilən Kamal Kılıçdaroğlu və iqtidara qarşı mübarizəsini artan xətlə davam etdirir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, seçikdən kəarda qalmamaları üçün ehtiyat tədbirər gördüklərini gizlətməyib.

Özgür Özəl çox açıq dillə etiraf edib ki, onlar qarşıda ağır siyasi proseslər gözləyir: “Fəlakətli ssenarilərə hazır olmalıyıq. Biz buna uyğun olaraq alternativ planlar hazırlamışıq”.

Jurnalistlərin suallarını cavablandıran Özəl bildirib ki, mümkün növbədənkənar seçkilərə belə hazırdırlar: "Əgər noyabr ayında seçkilər keçirsələr, ilk nəticəni indidən deyə bilərəm. Namizədimizi irəli sürər və Prezidenti dəyişdirə bilərik. Bu dərəcə xalqın bizə dəstəyi, inamı var”.

Yeni partiya ilə bağlı müzakirələrə də aydınlıq gətirən Özəl ilk dəfə bu variantın mövcudluğunu etiraf edib. O, başqa bir partiya altında seçkiyə girmə ehtimallarını da nəzərdən keçirdiklərini deyib: “Bu, mütləq mövcud siyasi layihə deyil, lakin fövqəladə hallar üçün alternativ planları nəzərdən keçirməyə məcburuq. Bəli, artıq yeni bir partiya var. Bunu fəlakət ssenarisi üçün nəzərdən keçirdik. Məsələn, mütləq etibarsızlıq qərarı verilərsə və sonra növbədənkənar seçki keçirilərsə və ya partiyanın seçkilərdə iştirak etmək hüququna problem yaranarsa və yeni bir partiyanın da seçkiyə qatılması əngəllənərsə, böyük bir şok baş verə bilər. Ən pis ssenaridə ikinci bir partiya hazırlamaq lazım ola bilər. Lakin bu, CHP-dən ayrılmaq demək olmayacaq. Əksinə biz CHP çətiri altında davam edəcəyik. Bu, CHP-ni də aşacaq hakimiyyətə böyük bir yürüş olacaq dür. Amma biz bunu partiyadan ayrılmaqla deyil, partiya daxilində mübarizə aparmaqla edəcəyik."

Özəl toxunulmazlığının götürülməsi ehtimalı barədə isə sualı belə cavablandırıb: "Özümlə bağlı heç bir narahatlığım yoxdur. Bununla belə, Türkiyədə çoxpartiyalı siyasi həyatın gələcəyi və ictimai asayişlə bağlı narahatlığım var".

Samir MUSAYEV

MİA.AZ

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR