Partiya sədri Rövşən Rüstəmovun "Dövlət ağlı" ilə ayaqlaşa bilmədiyini deyir: “Baxın, adam çıxıb deyir ki..." - "Yaxşı, planı bircə siz, ADY olaraq qura bilmirsiz?!"

Partiya sədri Rövşən Rüstəmovun \"Dövlət ağlı\" ilə ayaqlaşa bilmədiyini deyir: “Baxın, adam çıxıb deyir ki...\" -  \"Yaxşı, planı bircə siz, ADY olaraq qura bilmirsiz?!\"

SİYASƏT

Bugün, 09:34

"Azərbaycan məmurlarının bir çoxu açıqlama verərkən, sanki, düşünmürlər, özləri-özlərini pis vəziyyətə salırlar. Əvvəl yaxşı xəbərdən başlayım: Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi oldu, Azərbaycanın maliyyə dəstəyi və liderliyi ilə bu vacib logistik marşrut açıldı. Bu lahiyə elan olunanda heç bir xarici Bank, maliyyə mərkəzi absurd iddialara görə layihəni dəstəkləmədi, kredit ayırmadılar. Mənasız bəhanələri də o idi ki, güya, bu layihə Ermənistanın izolyasiyasını artırır".
Mia.az xəbər verir ki, bunu Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, bu gün reallıq odur ki, layihə çalışır, tələbat var, “Orta Dəhliz” dünya logistika xəritəsində öz yerini tutur, hamı indi bu layihədə maraqlı olduğunu deyir, hətta Ermənistan da bu yolun açılmasını alqışlayır:
NATİQ CƏFƏRLİ, Real Partiyasının sədri
"Bura qədər hər şey yaxşıdı, Azərbaycanın strateji doğru qərar alma qabiliyyətini, Dövlət ağlını göstərir.
ADY rəhbəri Rövşən Rüstəmov isə bəyan edib ki, sitat: “BTQ ilkin mərhələdə sərnişin daşımaları nəzərə alınaraq planlaşdırılsa da, hazırda ölkələr arasında bu istiqamətdə konkret plan mövcud deyil". Yumşaq desəm, çox qəribə açıqlamadır, yaxşı, o planı kim qurmalı, tərtib etməlidir ki?! Mən?! Plan yoxdursa, olsun da, Sizin işiniz də elə plan tərtib edib, ölkələr arası münasibətləri intensivləşdirmək deyilmi?! Gürcüstan tərəfi razı, Türkiyə tərəfi marağını ifadə edib, yaxşı, planı bircə siz, ADY olaraq qura bilmirsiz, ya qurmamısınız?! Nə mane olur ki, bu planı düşünüb, həyata keçirməyə?!"
Partiya sədri daha sonra bildirib ki, BTQ dəmir yolunu sərnişinlər üçün “Qafqaz Ekspresinə” çevirmək olar, hətta Orta Asiya Respublikalarından turistlərin Avropaya qədər çatdırılmasını təşkil etmək, planlamaq (görürsünüz Rövşən müəllim, planlamaq olur) mümkündür...
F.ƏHMƏD
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR