Hacıqabulda 66 yaşlı kişidən qadın turistə qeyri-etik davranış... - VİDEO

Hacıqabulda 66 yaşlı kişidən qadın turistə qeyri-etik davranış... - VİDEO

CƏMİYYƏT

Bugün, 00:50

Hacıqabul rayonu ərazisində yaşlı kişinin qadın turistə qarşı qeyri-etik hərəkətlər etdiyi deyilir.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Əldə etdiyimiz məlumata görə, turistlərin müraciəti əsasında polis əməkdaşları hadisə yerinə yaxınlaşıblar.

Onların iştirakı ilə araşdırma aparılıb, 66 yaşlı təqsirkar şəxs barəsində inzibati məsuliyyət tədbirləri görülüb.

Turistlərin əlavə şikayəti olmayıb və onlar müraciətlərinə operativ reaksiya göstərildiyinə görə polis əməkdaşlarına təşəkkür ediblər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR