Zaporojye Atom Elektrik Stansiyası vurulub: "Nüvə qəzası riski var”  

Zaporojye Atom Elektrik Stansiyası vurulub: \"Nüvə qəzası riski var”  

GÜNDƏM

Bugün, 00:32

Rusiya ordusunun nəzarəti altında olan Avropanın ən böyük nüvə obyekti olan Zaporojye Atom Elektrik Stansiyasına dron hücumu olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hücum nəticəsində stansiyaya zərər dəyib.

Məlumata görə, hücumdan sonra ərazidə yoxlama aparan Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) əməkdaşları turbin binasında zərəri qeydə alıblar.

Məlumata görə, yoxlamalar davam edərkən obyektdə yeni dron hücumu olub: “Bu səbəbdən beynəlxalq qrup əməkdaşları sığınacaqlara qaçıb”.

Agentliyin rəhbəri Rafael Mariano Qrossi faktı təsdiqləyib və daha sonra qorxunc açıqlama verib:"Nüvə qəzası riski var, hücumlar qəbuledilməzdir". 

Rusiyanın “Rosatom” şirkəti Ddron hücumunu Ukrayna ordusunun həyəta keçirdiyini açıqlayıb: “Dronla enerji blokunun turbin binasına zərbə vurulub. Partlayış nəticəsində əsas avadanlıqlara zərər dəyməsə də, otağın divarında dəlik yaranıb...".

Xatırladaq ki, Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük nüvə elektrik stansiyasıdır. Rusiya ordusu  2022-ci ilin mart ayında başlayan müharibədə stansiyaya nəzarəti ələ keçirib.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR