Başı ova qarışan icra başçısı “bizə pul ayrılmır” deyir, FHN və Agentlik isə... – “Qotur”un qaşınan yarası və ya (FOTOLAR)
GÜNDƏM
Bugün, 00:08
Abşeron rayon, Masazır kəndi, Məmməd Araz küçəsi, döngə 1 ünvanda iki aydan artıqdır fəlakət yaşanır.
Bu barədə Mia.az-a ərazidə yaşayan sakinlər şikayət məktubu ünvanlayıblar.
Şikayətdə yerli icra və bələdiyyə qurumlarının ev dəllallarına ərazidə “Qotur” adıyla tanınan gölün qurudulması və orada evlər tikilərək satılmasına şərait yaratmaqla, yaranmış dözülməz problemdən söz açılıb.
Bildirilib ki, mart ayından başlayaraq yağan yağışlardan sonra gölün qalan kiçik hissəsi də daşıb, üstəlik, ərazidə tikilərək baha qiymətlərə satılan onlarla ev çirkab suların içində qalıb: “Hazırda çirkab sular üfunət yaradıb, bölgədə yoluxucu xəstəliklərin yayılma riski çox böyükdür. Təəssüf ki, ötən iki ayda icra başçısı Abdin Fərzəliyevə dəfələrlə şikayət olunub. İcra Hakimiyyətindən açıq deyilir ki, onlara pul ayrılmır deyə tədbir görə bilmirlər. Abşeron Su İdarəsinin isə sınıq-salxaq bir matoru var, bir gün qoşurlar, sonra xarab olur, çəkib aparırlar. FHN isə deyir ki, problemi yerli icra və bələdiyyə qurumları yaradıb, onlar əlac eləsin. Biz dəfələrlə Prezident Administrasiyasında, Heydər Əliyev Fondunda olmuşuq. Hər dəfə də bizə söz verilir ki, rayon İH başçısına tapşırıq verilib, həll olunacaq. Lakin görünən odur ki, Abdin Fərzəliyev, yaxud onun icra başçısı kimi protipi hesab olunan Nurlan Həsənovun ovdan, pul qazanmaqdan və şou xarakterli tədbirlərdən savayı heç nəyə vaxtları yoxdur”.
Masazır sakinləri deyir ki, bu həftə problem həll edilməsə, ailə üzvləri ilə Prezident Administrasiyasının qarşısına qədər yürüş edəcəklər: “Səsimizi başqa cür eşitdirə bilmirik. Biz düz 2 aydır evimizə gedə bilmirik, küçələrdə qalmışıq. Belə zülmmü olar?! Sizə təqdim etdiyimiz foto və videolara baxın, dözülməz vəziyyətdir”.
Sakinlər deyir ki, indi onları gölün ərazisində vaxtı ilə ev almaqda ittiham edənlər niyə həmin ərazidə ev tikib satanılanda, kor olublar: “O vaxt niyə susublar? Niyə buna şərait yaradıblar? Axı biz haradan biləydik ki, ora “Qotur”un qanunsuz qurudulmuş ərazisidir?...”.
Sakinlər onu da deyir ki, ərazidə tikilmiş hündürmərtəbəli binaların kanalizasiya suları da bu gölə axıdılır: “Bu boyda bina tikilməsinə icazə verən icra başçısı və müvafiq qurumlar bunların kanalizasiya xətlərinə niyə zamanında diqqət etməyiblər? Görünür, hamısı pulunu alıb, hər şeyə göz yumublar. Bunlardan dövlət marağı qoruyanmı olar? Bunlardır dövlətə və ölkə başçısına sədaqətlə qulluq edənlər?...”.
Sonda sakinlər dövlət başçısı cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevadan kömək istəyiblər: “Ümidimiz yalnız Sizədir. Əminik ki, səsimiz sizə yetissə, ərazidəki suların çəkilməsi və problemin daimi həlli istiqamətində yerli məmurlar əsaslı tədbirlər görəcəklər...”
E.ARAZ
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Roza Zərgərli Çeçenistan rəhbəri ilə bir arada: "Bu, mənim üçün böyük şərəf və fəxrdir” - FOTO
Bugün, 00:58 MƏDƏNİYYƏT
-
Hacıqabulda 66 yaşlı kişidən qadın turistə qeyri-etik davranış... - VİDEO
Bugün, 00:50 CƏMİYYƏT
-
TRAMP TƏLƏBİ SƏRTLƏŞDİRDİ, İRANDAN ƏKS CAVAB GƏLDİ
Bugün, 00:32 DÜNYA
-
Zaporojye Atom Elektrik Stansiyası vurulub: "Nüvə qəzası riski var”
Bugün, 00:32 GÜNDƏM
-
Başı ova qarışan icra başçısı “bizə pul ayrılmır” deyir, FHN və Agentlik isə... – “Qotur”un qaşınan yarası və ya (FOTOLAR)
Bugün, 00:08 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:05 MƏDƏNİYYƏT
-
YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT: Bir ildir “Araşdırma gedir” adıyla uduş verilmir! – Rəy + FOTOLAR
Bugün, 00:03 CƏMİYYƏT
-
Aztəminatlı ailələrin fikirlərini oğurlayan deputat - "Elşən bəy, niyə gedib xoşbəxt olmursunuz?"
31.05.2026, 18:35 SİYASƏT
-
"Reallıqları görmədən tənqid axınına qoşulmaq doğru deyil" - Vahid Tağıyev yazır
31.05.2026, 18:24 YAZARLAR
-
"Zirə" 5 futbolçu ilə vidalaşdı
31.05.2026, 17:22 İDMAN
-
Piyada yolu zəbt olunub, işıqforun qarşısı kəsilib - Nərimanovda maşın yoluna çıxarılan obyekt və... (VİDEO)
31.05.2026, 15:13 GÜNDƏM
-
"Ege Hospital”da yanlış əməliyyat xəstəyə baha başa gəldi - Məhkəmə şok qərar verdi, təzminat ödəniləcək
31.05.2026, 15:05 CƏMİYYƏT
-
“Bizim Cəbiş müəllim” filmindəki “Makedon” vəfat edib
31.05.2026, 14:55 MƏDƏNİYYƏT
-
Bərdədə ağır qəza: 10 nəfər xəsarət alıb - SİYAHI
31.05.2026, 14:53 KRİMİNAL
-
AzTV-nin bazar satıcılarından reportajı: qiymətlər normaldır, alça 5,8,10 manat, ağ gilas 19 manat... - VİDEO
31.05.2026, 13:00 İQTİSADİYYAT
-
Masazırda işıq olmayacaq - 8 saat...
31.05.2026, 10:47 CƏMİYYƏT
-
Müğənni: "Babalarım da elə 40 yaşdan sonra evləniblər" - "Gələcəkdə onsuz da bilinmir, nə olacaq"
31.05.2026, 10:35 MƏDƏNİYYƏT
-
UEFA “Turan Tovuz”u Konfrans Liqasına buraxmayacaq? – Açıqlama
31.05.2026, 10:31 İDMAN
-
"Sabah" nigeriyalı hücumçu ilə yollarını ayırıb
31.05.2026, 09:47 İDMAN
-
Ermənistanın hərbi paradında İran izi - FOTOLAR
31.05.2026, 09:10 GÜNDƏM
-
Tacir Şahmalıoğlu xanımı ilə - FOTO
31.05.2026, 00:25 ŞOU-BİZNES
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
31.05.2026, 00:02 CƏMİYYƏT
-
Çempionlar Liqası: fransızlar çempion oldu
30.05.2026, 23:00 İDMAN
-
Baba Vəziroğlu: "Rasimin adına layiq bir iş təqdim ediləcək"
30.05.2026, 22:27 MƏDƏNİYYƏT
-
KEÇMİŞİN TƏQİBİNDƏN VƏ SKANDALLARDAN QAÇA BİLMƏYƏN ADİL ƏLİYEV: o, niyə həyəcanlanıb?
30.05.2026, 19:36 SİYASƏT
-
İcra başçısının qaziyə məsləhəti qalmaqal yaratdı: “Yaşıl çay verin içsin, sonra..." - Bəs qazi nə deyir?
30.05.2026, 19:32 CƏMİYYƏT
-
DİM-dən qabiliyyət imtahanları ilə bağlı - Açıqlama
30.05.2026, 19:26 GÜNDƏM
-
İqbal Ağazadədən Adil Əliyevin sözlərinə reaksiya: "Cəmiyyətdə məmur–vətəndaş münasibətləri kifayət qədər gərgindir"
30.05.2026, 18:05 SİYASƏT
-
“Qarabağ” Qurban Qurbanovla yeni müqavilə imzalayıb
30.05.2026, 17:47 İDMAN
-
İKİ GENERAL, BİR SƏDR BİR ARADA - Maraqlı FOTOLAR
30.05.2026, 15:34 GÜNDƏM
-
SİSTEM XƏTASI, yoxsa RÜŞVƏT ÜÇÜN "AYAQ YERİ"? - Ekspert rastlaşdığı faktları yazdı
30.05.2026, 15:12 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
30.05.2026, 12:51 CƏMİYYƏT
-
Rəsmi Moskva Ermənistandakı səfiri geri çağırdı - Rusiya ilə gərginlik böyüyür
30.05.2026, 11:01 SİYASƏT
-
Azərbaycan nefti: qiymət 100 dollardan aşağı düşdü
30.05.2026, 10:57 İQTİSADİYYAT