Aztəminatlı ailələrin fikirlərini oğurlayan deputat - "Elşən bəy, niyə gedib xoşbəxt olmursunuz?"
SİYASƏT
Bugün, 18:35
36 yaşında deputat seçilən Elşən Musayev, deyərdim, siyasətçi kimi olmasa da, insan kimi çox maraqlı insandır.
Onun illər əvvəl verdiyi bir müsahibəsi var. Həmin müsahibədə də maraqlı fikirlər yer alır.
Məsələn, Elşən Musayev deyirdi: “Çox təəssüf ki, hələ övladımı özəl məktəbdə oxutmağa gücüm çatmır”.
Təkcə bununla kifayətlənmir. Elşən Musayev həm də deyirdi: “Mənfəət güdən adam olsaydım, 2009-dan bəri kirayədə yaşamazdım. Ya da kirayə qaldığım evin yiyəsini son bir il boyunca cidd-cəhdlə inandırmağa çalışmazdım ki, qardaş, vallah-billah, Allah haqqı mən deputatam, yalan danışmıram”.
Elə bilirsiniz, bununla bitdi? Əsla!
O, eyni zamanda demişdi: “Avtomobilimin markasını deməyəcəm. Amma bazara çıxardıb satası olsam uzağı 4 min manat pul verərlər”.
İlk baxışdan sadəlik nümunəsi yaratmağa çalışan deputatımız, əslində, bildiyin ağlayıb.
Deputat Elşən Musayevin dediyi bu fikirləri Azərbaycanda 600 manat maaş alan milyonlarla insan da deyir.
Görünür, Elşən Musayev aztəminatlı ailələrin fikirlərini oğurlayır.
Elşən Musayev adı-sanı bilinməyən, izi-tozu görünməyən Demokratik Maarifçilik Partiyasının sədridir.
Onlarla susqun, xüsusi bir işə yaramayan, statistikaya xidmət edən bu partiya və sədri Elşən Musayevin özü də parlamentdə görünmür.
Gənc yaşında özü istəyən zirvəyə qalxdıqdan sonra, Elşən Musayev fəaliyyətini zirvədə buraxmayıb. İstəyib ki, ona sonra da ehtiyac olsun. Bəs nə edib?
Elşən Musayev həmişə istəyib ki, müxalifətə sərt sözlər deməklə hakimiyyətin gözünə xoş görünsün. Bəli, müxalifətə sərt sözlər deməyinə deyib, ancaq hakimiyyətin gözünə xoş görünməyi bir qədər şübhəlidir.
Bəlkə də, deputatlar arasında müxalifətə ondan sərt sözlər deyən olmayıb, ancaq buna baxmayaraq, o, bir deputat kimi tanına bilməyib. Heç müxalifətçilər də onu çox ciddiyə almayıb.
Bir sözlə, “Müxalifətlə dalaşan deputat” statusu onun əyninə boş qalıb.
Adama deyərlər, xüsusən bu məsələlərdə ustad olan Elman Nəsirovun yanında görünmək asan işdirmi?
Elşən Musayev, elə bilirsiniz, hər qışqıranı görürlər? Bunun üçün də sima, istedad lazımdır.
Parlamentdə doğrudan da müxalifətlə dalaşan, davası görünən deputatlar var, onları bu fəaliyyəti təqdir də olunur. Ancaq Elşən Musayev qaçıb başını müxalifət partiyaların qərargahına da vursa, xeyri yoxdur.
Elşən Musayev Azərbaycan siyasətində bir şeylə seçilir, o da Məmmədhənifə Musayevin oğlu olmağı ilə.
Başqa sözlə, onun deputat kimi fərqləndirən elə deputat seçilməyidir. Çünki başqa cür seçilməyə istedadı, siyasi ritorikası çatmır.
Hərdən elə bilirəm ki, Milli Məclisə bir tank girsə, hamı qaçacaq, təkcə Elşən Musayev qalacaq. Ancaq nə etdiyini bilməyib, tankın üstünə şəpidlə gedəcək.
O, bir az da Azərbaycan siyasətində kölgə ilə güləşən adama bənzəyir. Yorulur, tərləyir, əziyyət çəkir, amma qarşı tərəf hadisədən xəbərsiz qalır. Çünki o, siyasəti fikir mübarizəsi kimi yox, mikrofon görən kimi çıxış etmək imkanı kimi başa düşür.
Siyasətdə adətən insanlar ya ideyaları ilə, ya təşəbbüsləri ilə, ya da cəmiyyətə təsirləri ilə yadda qalırlar.
Elşən Musayev isə daha çox səs tonunun yüksəkliyi ilə yadda qalmağa çalışır.
Onun illər əvvəl verdiyi müsahibədə bir söz də var idi.
O, “Bir siyasətçi nə zaman xoşbəxt olur?” sualına “siyasətdən gedəndə” demişdi.
İndi adama deyərlər, Elşən bəy, niyə gedib xoşbəxt olmursunuz?
Orxan Saffari,
Gununsesi.info
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Aztəminatlı ailələrin fikirlərini oğurlayan deputat - "Elşən bəy, niyə gedib xoşbəxt olmursunuz?"
Bugün, 18:35 SİYASƏT
-
"Reallıqları görmədən tənqid axınına qoşulmaq doğru deyil" - Vahid Tağıyev yazır
Bugün, 18:24 YAZARLAR
-
"Zirə" 5 futbolçu ilə vidalaşdı
Bugün, 17:22 İDMAN
-
Piyada yolu zəbt olunub, işıqforun qarşısı kəsilib - Nərimanovda maşın yoluna çıxarılan obyekt və... (VİDEO)
Bugün, 15:13 GÜNDƏM
-
"Ege Hospital”da yanlış əməliyyat xəstəyə baha başa gəldi - Məhkəmə şok qərar verdi, təzminat ödəniləcək
Bugün, 15:05 CƏMİYYƏT
-
“Bizim Cəbiş müəllim” filmindəki “Makedon” vəfat edib
Bugün, 14:55 MƏDƏNİYYƏT
-
Bərdədə ağır qəza: 10 nəfər xəsarət alıb - SİYAHI
Bugün, 14:53 KRİMİNAL
-
AzTV-nin bazar satıcılarından reportajı: qiymətlər normaldır, alça 5,8,10 manat, ağ gilas 19 manat... - VİDEO
Bugün, 13:00 İQTİSADİYYAT
-
Masazırda işıq olmayacaq - 8 saat...
Bugün, 10:47 CƏMİYYƏT
-
Müğənni: "Babalarım da elə 40 yaşdan sonra evləniblər" - "Gələcəkdə onsuz da bilinmir, nə olacaq"
Bugün, 10:35 MƏDƏNİYYƏT
-
UEFA “Turan Tovuz”ı Konfrans Liqasına buraxmayacaq? – Açıqlama
Bugün, 10:31 İDMAN
-
"Sabah" nigeriyalı hücumçu ilə yollarını ayırıb
Bugün, 09:47 İDMAN
-
Ermənistanın hərbi paradında İran izi - FOTOLAR
Bugün, 09:10 GÜNDƏM
-
Tacir Şahmalıoğlu xanımı ilə - FOTO
Bugün, 00:25 ŞOU-BİZNES
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Çempionlar Liqası: fransızlar çempion oldu
30.05.2026, 23:00 İDMAN
-
Baba Vəziroğlu: "Rasimin adına layiq bir iş təqdim ediləcək"
30.05.2026, 22:27 MƏDƏNİYYƏT
-
KEÇMİŞİN TƏQİBİNDƏN VƏ SKANDALLARDAN QAÇA BİLMƏYƏN ADİL ƏLİYEV: o, niyə həyəcanlanıb?
30.05.2026, 19:36 SİYASƏT
-
İcra başçısının qaziyə məsləhəti qalmaqal yaratdı: “Yaşıl çay verin içsin, sonra..." - Bəs qazi nə deyir?
30.05.2026, 19:32 CƏMİYYƏT
-
DİM-dən qabiliyyət imtahanları ilə bağlı - Açıqlama
30.05.2026, 19:26 GÜNDƏM
-
İqbal Ağazadədən Adil Əliyevin sözlərinə reaksiya: "Cəmiyyətdə məmur–vətəndaş münasibətləri kifayət qədər gərgindir"
30.05.2026, 18:05 SİYASƏT
-
“Qarabağ” Qurban Qurbanovla yeni müqavilə imzalayıb
30.05.2026, 17:47 İDMAN
-
İKİ GENERAL, BİR SƏDR BİR ARADA - Maraqlı FOTOLAR
30.05.2026, 15:34 GÜNDƏM
-
SİSTEM XƏTASI, yoxsa RÜŞVƏT ÜÇÜN "AYAQ YERİ"? - Ekspert rastlaşdığı faktları yazdı
30.05.2026, 15:12 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
30.05.2026, 12:51 CƏMİYYƏT
-
Rəsmi Moskva Ermənistandakı səfiri geri çağırdı - Rusiya ilə gərginlik böyüyür
30.05.2026, 11:01 SİYASƏT
-
Azərbaycan nefti: qiymət 100 dollardan aşağı düşdü
30.05.2026, 10:57 İQTİSADİYYAT
-
Ağdərədə bir ailənin üzvlərinə məxsus olduğu ehtimal olunan sümük qalıqları aşkarlanıb - FOTO
30.05.2026, 10:14 GÜNDƏM
-
"Biləsuvar"lı futbolçularla azarkeşlər arasında gərginlik yaranıb - VİDEO
30.05.2026, 10:01 İDMAN
-
Ərdoğan Qurani-Kərimdən ayələr oxudu - VİDEO
30.05.2026, 09:40 SİYASƏT
-
Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə yüksəldi
30.05.2026, 00:12 İDMAN
-
Oğuzda güclü külək... - 15 kənd işıqsız qalıb
30.05.2026, 00:04 CƏMİYYƏT
-
"İddiasız klubla işləyə bilmərəm" - Fizuli Məmmədov "Karvan-Yevlax"la vidalaşdı
29.05.2026, 22:12 İDMAN
-
"Holcim”lə bağlı araşdırma başlayır - QHT rəhbərləri DTX, Prokurorluq və daha iki qurum rəhbərinə şikayət etdi (SİYAHI + SƏBƏB)
29.05.2026, 22:03 SİYASƏT