Qubad İbadoğluya cavab verdilər...

img

02-10-2014 [14:53]


Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu qurultayla bağlı növbəti bəyanatını yayıb. Onun müsavatçılara ünvanladığı bəyanatda Məclisə keçirilən seçkilrə tənqid edilib: "Məclis Müsavatın vitrinidir, ora aglı, zəkası və intellekti olanların meydanıdır",- deyən iqtisadçının fikrincə, necəolabilər ki, orta savadı olanlar Məclisə düşür, alimlər və ziyalılar ordan kənarda qalır?

"Heç kənarda qalanlarla Məclisə düşənlər arasındaparalellər aparmısınızmı? Bu, sizi düşündürürmü?",- deyə iqtisadçı sual edib.

Onun bəyanatı isə partiyadaşları tərəfindən etirazla qarşılanıb. Partiya təmsilçiləri ona cavab veriblər. Alya Yaqublusosialşəbəkədə "Qubad İbadoglunun "dünyanı alimlər xilas eləyəcək" tezisinə qarşı bir kaç anti-tezis",- başlıqlı status yazıb.

"Uzun illərintəcrübəsi göstərdi ki, nəinki bir partiyanın, bütövlükdə Azərbaycanın vitrini sayılan ziyalılar və alimlər ölkədə demokratiyanın bərqərarolması üçün çaba göstərməkdə maraqlı deyillər, əksinə, öz şəxsi maraqlarını təmin eləmək üçün hakimiyyətin yanındakı yerlərini qorumaq uğrunda özlərini şəhid eləyirlər - bu, bir.
Hakimiyyətin və demokratiyanın "açarı" alimlərin əlində olsaydı, tərəqqipərvər bəşərriyyətə indiyə qədər məlum olan siyasi doktrinaların heç olmasa yarısında ilk iş kimi Elmlər Akademiyasını və oradakı alimləri ələ keçirib onları hakimiyyətə qarşı savaşın ön cərgəsinə düzmək planı göstərilərdi - bu, iki.

Uzun illər Müsavatın iqtisadiyyat komissiyasına hörmətli Qubad bəy özü rəhbərlik eləyib və məlum olduğu kimi, partiyanın hakimiyyətə qarşı mübarizəsində iştirakdan daha çox öz iqtisadi bilikləriylə qırğız xalqına yardım etməklə məşğul olub, il-on iki ay dünyanın müxtəlif ölkələrində müxtəlif seminarlarda iştirak edib. Azərbaycanın adını tanıtmaq adına görüldüyü deyilən bu işlər, əlbəttə ki, təqdirəlayiqdi, amma Müsavat Məclisində komissiya sədrlərinin böyük və məşhur alimlərdən ibarət olmasınının vacibliyi tezisinə ziddi - bu, üç.

Qubad bəyin Məclisə seçilməyiblər deyə dərin acıyla paylaşdığı siyahıdakı şəxslərdən ikisi - Məlahət Mürşüdlü və Əhliman Abbas Məclisə seçiliblər, Elşad Paşasoy isə ümumiyyətlə namizədliyini verməyib - bu, dörd.

Məclis üzvlüyünə yetərli səs almayan digər sayğıdəyər şəxslərin nədən bu nəticəylə qarşılaşmalarının real səbəblərini araşdırmaq böyük elm adamına daha çox yaraşardı, nəinki öz məğlubiyyət acısına onları da ortaq eləmək üçün illərdi üzvü olduğu partiyanı miskin durumda göstərmək cəhdi - bu, beş.

Müsavatın yeni Məclisində professorlar da var, elmlər namizədləri də və hətta vicdan məhbusları da. Üstəlik, orta savadlı adam da yoxdu o Məclisdə. Hərçənd olsaydı da, bu, eyib sayılmazdı və insanları bu şəkildə sortlara bölmək sadəcə rasizimdi - bu da altı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA