“O zaman biz – mən, Tamerlan Qarayev və Ziyad Səmədzadə..." - Sabiq deputatdan açıqlama (FOTO)
SİYASƏT
Bugün, 13:07
Sosial şəbəkələrdə Azərbaycan SSR Ali Sovetinin 1991-ci ildə keçirilən iclaslarından birinə aid olduğu deyilən foto yayılıb.
Müzakirələrə səbəb olan arxiv görüntüsündə dövrün tanınmış siyasi və ictimai simaları əks olunub. Fotoda Ali Sovet sədrinin müavinləri – Xalq Cəbhəsinin Ali Məclisinin sədri Tamerlan Qarayev, Kommunist Partiyasının Büro üzvü Ziyad Səmədzadə və “Bakneftmaş” İstehsalat Birliyinin baş direktoru, Nizami rayonundan deputat seçilmiş Vahid Əhmədov yer alıb.
Mia.az xəbər verir ki, Globalinfo.az fotonun tarixçəsini öyrənmək üçün keçmiş deputat Vahid Əhmədovun fikirlərini öyrənib.
O, fotonun 1991-ci ilə aid olduğunu qeyd edib:
“O zaman biz – mən, Tamerlan Qarayev və Ziyad Səmədzadə Ali Sovetin deputatı idik. Həmin dövrdə Azərbaycan uğrunda çox mürəkkəb və taleyüklü siyasi proseslər gedirdi. SSRİ-nin saxlanılması ilə bağlı referendum, Azərbaycanın müstəqilliyi məsələsi Ali Sovetin əsas müzakirə mövzularından idi. O vaxt parlamentdə ciddi polemikalar yaşanır, yüksək səviyyəli çıxışlar edilirdi. Ali Sovetdə həm demokratik mövqedən çıxış edən deputatlar, həm də Azərbaycanın müstəqil yaşaya bilməyəcəyini düşünən şəxslər var idi. Səhv etmirəmsə, o zaman Tamerlan Qarayev AXC Ali Məclisinin sədri və Ali Sovet sədrinin müavini idi. Mən hər zaman Azərbaycanın müstəqil dövlət kimi fəaliyyət göstərə biləcəyini müdafiə edirdim, rəhbərliklə müəyyən müzakirələr aparırdım. Çıxışlarımda da bildirirdim ki, Azərbaycan heç bir dövlətin tərkibində olmamalıdır”.
V.Əhmədov fotonun çəkilmə anı ilə bağlı bildirib ki, həmin vaxt Tamerlan Qarayev, Ziyad Səmədzadə və digər deputatlarla müxtəlif müzakirələr aparılırdı:
“Xalq Cəbhəsi ilə də münasibətlərimiz var idi. Əsas məqsəd Azərbaycanın müstəqilliyinə nail olmaq idi və bütün mübahisələrin mərkəzində də bu məsələ dayanırdı. Ali Sovetin iclasları çox gərgin keçirdi. Qərar qəbul etmək belə çətin olurdu. SSRİ-nin saxlanılması məsələsində deputatlar arasında ciddi fikir ayrılığı vardı. O vaxt 365 deputat fəaliyyət göstərirdi və onların böyük hissəsi Azərbaycanın müstəqil yaşaya bilməyəcəyini düşünürdü. SSRİ-nin saxlanılmasına qarşı səs verən cəmi 43 deputat olmuşdu. Həmin deputatlar arasında ümummilli lider Heydər Əliyev, mən və Cümşüd Nuriyev də var idi. Maraqlıdır ki, biz demokratik blokun rəsmi üzvləri olmasaq da, Azərbaycanın müstəqilliyini qətiyyətlə müdafiə edən insanlar idik”.
Vahid Əhmədov daha bir maraqlı məqama toxunub:
“O dövrdə parlamentdə “dördüncü mikrofon” mövcud idi. Ora əsasən demokratik qüvvələrin istifadə etdiyi mikrofon sayılırdı və mən də çıxışlarımı əsasən həmin tribunadan edirdim. 1991-ci ilin Ali Sovet iclasları Azərbaycanın gələcək taleyinin müəyyənləşdiyi ən gərgin siyasi müzakirələrlə yadda qalıb”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah yağış yağacaq
Bugün, 13:14 CƏMİYYƏT
-
“O zaman biz – mən, Tamerlan Qarayev və Ziyad Səmədzadə..." - Sabiq deputatdan açıqlama (FOTO)
Bugün, 13:07 SİYASƏT
-
İlham Əliyev Xankəndi və Şuşada - Prezident sakinlərlə görüşüb (FOTOLAR, YENİLƏNİB)
Bugün, 12:12 GÜNDƏM
-
Rövşən Nəcəf İtaliyada - Yeni vəzifəyə təyin olunan sabiq nazir rəsmi təqdimatda göründü (FOTOLAR)
Bugün, 11:54 İQTİSADİYYAT
-
Rusiyadan Ermənistana karbamid və un göndərilib - Azərbaycandan tranzit keçməklə...
Bugün, 11:05 İQTİSADİYYAT
-
ABŞ dövlət katibindən Azərbaycana mesaj: "Tərəfdaşlığın daha da möhkəmləndirilməsi və Cənubi Qafqazda..."
Bugün, 10:41 SİYASƏT
-
ABŞ İranı yenə vurdu, SEPAH operativ cavab verdi - Bölgədə gərginlik artır
Bugün, 09:17 GÜNDƏM
-
Azərbaycan neftinin qiyməti 102 dollara düşdü
Bugün, 09:09 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:15 MƏDƏNİYYƏT
-
Əli Nağıyev MDB üzrə həmkarları ilə bir arada: yeni əməkdaşlıq formatları barədə razılıq var - Müzakirə + FOTO
Bugün, 00:03 SİYASƏT
-
Bu gün Müstəqillik Günü qeyd olunur
Bugün, 00:01 GÜNDƏM
-
Zelenski: "Ukrayna ilə Azərbaycan arasında..."
27.05.2026, 18:38 SİYASƏT
-
Rövnəq Abdullayevin kürəkəninin bankındə dəyşiklik - "Rabitəbank"da yenidən pay bölgüsü oldu
27.05.2026, 16:40 İQTİSADİYYAT
-
“EuroHome” qapadıldı, növbə hansı bazarındır? - “Binə”, “Sədərək”, “8-ci km”...
27.05.2026, 15:04 CƏMİYYƏT
-
Hindistan prezidenti İlham Əliyevə məktub göndərdi: "Ölkəmizlə Azərbaycan arasında tarixi və..."
27.05.2026, 14:54 GÜNDƏM
-
Bakının Lökbatan-Güzdək yolunu sel dağıdıb - "Alternativ yol salınır"
27.05.2026, 14:10 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
27.05.2026, 14:10 CƏMİYYƏT
-
"Azər Məmmədovun səlahiyyəti yoxdur, oranı Ziba xanım məsafədən idarə edir" - Sabiq icra başçısı "Azəriqaz"ın rəhbəri haqda belə deyir (FOTOLAR)
27.05.2026, 12:35 CƏMİYYƏT
-
“Orta gücə” malik Azərbaycan....- TƏHLİL
27.05.2026, 11:41 SİYASƏT
-
Hacı Surxay: "Kreditlə, borcla qurban kəsmək olmaz"
27.05.2026, 11:27 CƏMİYYƏT
-
Qurban bayramı: 134 ünvanda satış və kəsim xidmətləri göstərilir
27.05.2026, 11:16 CƏMİYYƏT
-
Lənkəranda hoteldə qadınlara hücum olub
27.05.2026, 10:04 KRİMİNAL
-
Azərbaycan məscidlərində Qurban bayramı namazı qılınıb
27.05.2026, 09:05 GÜNDƏM
-
Azərbaycan nefti ucuzlaşdı - 3.5 dollar
27.05.2026, 09:01 İQTİSADİYYAT
-
Göyçayda 14 il əvvəl törədilmiş qətlin üstü açıldı
27.05.2026, 00:52 KRİMİNAL
-
Prezident Maliyyə Nazirliyinə əlavə səlahiyyət verdi - Fərman
27.05.2026, 00:11 İQTİSADİYYAT
-
Bu gündən ölkədə 5 gün ardıcıl rəsmi iş günü olmayacaq
27.05.2026, 00:07 GÜNDƏM
-
Bu gün Qurban bayramıdır
27.05.2026, 00:04 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
27.05.2026, 00:02 CƏMİYYƏT
-
İsrail Livanın cənubunda yenidən quru hücumuna başlayıb
26.05.2026, 23:58 GÜNDƏM
-
Tomas Reis yeni klubla anlaşıb?
26.05.2026, 23:51 İDMAN
-
“Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə təşəbbüsü həyata keçiriblər
26.05.2026, 19:42 CƏMİYYƏT
-
“Kılıçdaroğlu geri çəkilməlidir” – MHP liderindən maraqlı açıqlamalar
26.05.2026, 19:37 SİYASƏT
-
Azərbaycan və İran prezidentləri telefonda müzakirə apardı
26.05.2026, 19:15 GÜNDƏM