Cəmil Həsənlinin qızı yol qəzası törədib-86 yaşlı qadın xəsarət alıb

img

02-10-2014 [13:54]


Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli yol qəzası törədib.

"Qafqazinfo” xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli təxminən 10 gün bundan əvvəl günorta vaxtı Yasamal rayonu ərazisində KİA markalı avtomobili idarə edərkən yolu keçən 86 yaşlı qadını vurub.

O, vurduğu qadını xəstəxanaya aparsa da, məsuliyyətdən yayınmağa cəh edib və qadının yolda yıxıldığını görüb xəstəxanaya gətirdiyini bildirib. Lakin bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olduqdan sonra məsələ araşdırılıb. Məlum olub ki, əslində Günel Həsənli tərəfindən yol-nəqliyyat hadisəsi törədilib və nəticədə 86 yaşlı qadın ağır bədən xəsarəti alıb.
Hazırda faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA