ÖZGÜR ÖZƏL YENİ PARTİYA QURUR – Ən yaxın silahdaşı indidən reytinq faizini elan etdi

ÖZGÜR ÖZƏL YENİ PARTİYA QURUR – Ən yaxın silahdaşı indidən reytinq faizini elan etdi  

GÜNDƏM

Bugün, 00:21

Məhkəmə qərarı ilə partiya sədri postunu, polis gücüylə isə qərargahı Kamal Kılıçdaroğluna təhvil verməyə məcbur olan Özgür Özəllə bağlı şok iddia irəli sürülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yaşanan xaosdan sonra parlamentə çəkilən və oradaklı otağının önünə “CHP lideri” tablosu vurduran Özgür Özəl yeni partiya yaradılması iddialarını təkzib etsə də, ən yaxın silahdaşlarından olan CHP-nin Şanlıurfadan deputatı Mahmut Tanal yeni partiyanın anonsunu verib.

O, hətta Özgür Özəlin yaradacağı partiyanın indidən təxminən 30 faiz səs payına sahib olduğunu iddia edib.

Tanal bildirib ki, Özəln yeni bir partiyanı bu gün elan edər və seçki olarsa, ən azı 29,4% səs yığacaq.

O, digər partiyaların, o cümlədən hazırda rəsmən üzvü olduğu CHP-nin də səs faizini sosioloji mərkəzlərin araşdırmasına əsaslanaraq, belə sıralayıb:

AK Partiya: 27.1%

DEM Partiyası: 8.2%

Yeniden Rifah Partiyası: 7.9%

İYİ Partiyası: 6.9%

Səadət Partiyası: 5.8%

MHP: 5.1%

Zafer Partiyası: 3.2%

CHP: 3.1%

Türkiyə mediası Tanalın yaydığı bu məumatın arxasında  Özəlin durduğunu iddia edir. Bildirirlər ki, Özgür Özəl bununla cəmiyyətin yeni partiya quruculuğuna nəbzini öyrənməyə çalışır.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR