Donald Tramp müsəlman ölkələrinə "barmaq" silkələdi: "Əgər siz İsraillə anlaşmasınız…”  

Donald Tramp müsəlman ölkələrinə \"barmaq\" silkələdi: \"Əgər siz İsraillə anlaşmasınız…”  

GÜNDƏM

Bugün, 18:05

"Əgər bütün region ölkələri İsraillə razılığa gəlməsə, mən də İranla razılaşma imzalamayacağam".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp İranla danışıqlar barədə mesajında deyib.

Tramp bildirib ki, İranla razılaşmanın imzalanmasını Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Misir, İordaniya, Pakistan və BƏƏ daha çox istəyir. Lakin bunun üçün onlardan şərti var: “Əgər onlar bunu çox istəyirsə, o zaman eyni vaxtda onlar da “İbrahim Sazişi”ni imzalamalıdır. Bəzi ölkələrin bu sazişə qoşulmamaq üçün səbəbləri ola bilər. Lakin onlar İranla problem tarixi bir nöqtəyə aparmaq imkanına malikdir. Buna görə də bütün ölkələrdən İbrahim Sazişlərini dərhal imzalamağı tələb edirəm. Artıq bu barədə komandama tapşırıq vermişəm. Həmin ölkələrlə prosesi başlatmaq üçün işləyəcəklər”.

Tramp “İbrahim sazişi” ilə bağlı xüsusilə Səudiyyə Ərəbistanı və Qətərin ilk addım atmalı olduğunu qeyd edib: “Bu iki  ölkə dərhal sazişi imzalamalıdır, daha sonra isə o birlər…. Regional sülh İsraillə münasibətlərin normallaşmasından asılıdır. Əgər region  ölkələri buna əməl etməsələr, bu, bu, pis niyyət əlaməti sayılacaq. Və mən də İranla razılaşmayacağam”.

Xatırladaq ki, “İbrahim sazişi” 2020-ci ildə - Trampın birinci prezidentlik müddətində Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və İsrail arasında münasibətlərin normallaşması ilə başlayıb. Bu razılaşmalar “regional əməkdaşlığı” və “dinlərarası tolerantlığı” təşviq etməyi hədəfləyir. Daha sonra Sudan bu razılaşmaya qoşulub.

Yeri gəlmişkən, bu gün İranı ABŞ-la danışıqlarda təmsil edən parlament sədri  Məhəmməd Qalibaf və xarici işlər naziri Abbas Arakçi Qətərə səfər ediblər.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR