Ərdoğanın lideri olduğu partiyadan CHP-dəki gərginliyə - Reaksiya

Ərdoğanın lideri olduğu partiyadan CHP-dəki gərginliyə - Reaksiya

GÜNDƏM

Bugün, 16:45

Ərdoğanın lideri olduğu AK Partiya məhkəmə qərarı və polisin gücüylə CHP-nin sədr postuna qaytarılan Kamal Kılıçdaroğlu ilə bağlı yaranan gərginliyə ilk münasibətini açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, AK Partiyanın sözçüsü Ömər Çelik mətbuat konfransında bu məsələdə onlara və iqtidara istiqamətlənənn bütün ttihamları rədd edib.

Çelik bildirib ki, CHP ətrafında baş verənlərdə siyasi iz axtarmağa dəyməz: "Biz məhkəmənin və hüququnn verdiyi qərarlarda hər hansı bir formada yer almırıq. Gərginlik, dava, münaqişə CHP-nin öz daxilindədir. Son 2 gündə bizə bu gərginlik fonunda əsassız iddialar və böhrtanlar atılır. Cənab Prezidentimiz Ərdoğana qarşı siyasi təhdidlər edənlərə qarşı gərəkli tədbirlər görüləcək”.

Ömər Çelik AK Partiyanın CHP qərargahının boşaldılmasında da hər hansı bir marağının olmadığını vurğulayıb: “CHP lideri Özgür Özelin AK Partiyanı bu hadisənin fonunda hədəf alıb vı prosesi "siyasi quldurluq" adlandırıb. Ona eyni ifadəni iadə edirik. Siyasi quldurluqla kimlərin məşğul  olduğu ortadadır”

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR