“Teleqüllə” rəisinin evi söküldü, indi də... - QALMAQAL

“Teleqüllə” rəisinin evi söküldü, indi də... - QALMAQAL

CƏMİYYƏT

Bugün, 11:28

Bakının Vaqif prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində, Nəsib bəy Yusifbəyli küçəsi istiqamətində salınacaq parka görə evi sökülən vətəndaşa kirayə haqqı ödənilmir, müqavilə müddəti isə uzadılmır.

Mia.az-ın məlumatına görə, bu barədə Pravda.az-a  şikayət ünvanlayan Badamdar ərazisindəki “Teleqüllə”nin rəisi Sabir Aslan oğlu Məmmədov bildirib ki, yaşadığı Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi, 30 ünvanında yerləşən ev iki ildir sökülüb, lakin müqavilə müddəti uzadılmadığı üçün kirayə haqqını ödəyə bilmir.

 Cəbrayıl rayonunun Hacılı kəndindən məcburi köçkün olan şikayətçi deyib ki, əvvəlcə sakinlərə sözügedən ərazidə park salınacağı deyilsə də, hazırda orada bina və restoranlar da tikilir.

S.Məmmədovun sözlərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məsələyə baxılacağını vəd verib, lakin sonradan problem həllini tapmayıb.

Komitədən ona bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə yenidən müqavilə imzalanmalıdır: “Məni hər dəfə başqa yerə yönəldirlər. Üç ay keçib, hərəsi bir-birinin üstünə atır. Üç aydır, kirayə pulunu ödəyə bilmirəm. Pis vəziyyətdə qalmışam”.

Pravda.az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün müqavilədə tərəf kimi göstərilən “Bəkı Şəhər Əsaslı Tikinti və Təmir” MMC direktoru Abit Əliyevlə, o cümlədən işlə əlaqədar şəxs Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılovla dəfələrlə əlaqə yaratmağa çalışsa da, cavab almaq mümkün olmayıb.

BŞİH-dən isə saytımıza bildirilib ki, məcburi köçkünlərlə bağlı bütün məsələləri  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə həll edir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR