"Bəlkə siz də "təşkilati sağlamlaşdırma" siyasətinə qoşulmusunuz?" - "Azəriqaz"da dərəbəylikdir

\"Bəlkə siz də \"təşkilati sağlamlaşdırma\" siyasətinə qoşulmusunuz?\" - \"Azəriqaz\"da dərəbəylikdir

CƏMİYYƏT

Bugün, 09:23

"SOCAR Azəriqaz İB sahə üzrə məsul şəxslərin diqqətinə!

Mingəcevir şəhəri, N.Nərmanov küçəsi 40, mənzil 39-da yaşayan, ikinci qrup əlil, Hüseynov Arif 2024-cü ildə açıq ürək əməliyyatı keçirib. Belə bir durumda olan işçini, hansı insafla, hansı əsasla yaşadığı şəhərdən başqa şəhərə (Fizuli şəhərinə) işləməyə göndərirsiniz? Niyə? Məqsəd nədir? Bəlkə siz də SOCAR-ın məlum "təşkilati sağlamlaşdırma" siyasətinə qoşulmusunuz?"

Mia.az xəbər verir ki, bu sözləri Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Feysbuk hesabında "Azəriqaz"ın işçilərindən birinin şikayətinə istinadla yazıb.

O, Arif Hüseynov adlı şəxsin şikayətini tirajlayıb. Həmin şikayəti M.Qəhrəmanlıya istinadla təqdim edirik:

"1971-ci ildə Mingəçevir şəhərində anadan olmuşam. 1992-ci ildə Mingəçevir şəhər Qaz İstismar İdarəsi Sahəsində telefonçu kimi işə başlamışam. Bu ilin əvvəlində məni çilingər vəzifəsinə keçirdilər. 2024-cü ildə açıq ürək əməliyyatı olunmuşam. 21.05.2026 ci il tarixindən məni işə buraxmırlar. Səbəbini soruşduqda isə işimin ixtisara düşdüyündən sizi işdən çıxarmışıq deyirlər.

Mənim işlədiyim telefonçu şöbəsində dörd nəfər idik. Üç nəfəri işlə təmin ediblər, lakin mənə isə yox deyirlər və Füzuliyə rayonuna göndərirlər. Orada işləməyimi istəyirlər. Mən isə ikinci qrup əlili olduğumdan evdən uzaqda işləyə bilmirəm. Səhhətim və ev şəraitimə görə orda işləyə bilmərəm.

Artıq dərəcədə Sizlərdən xahiş edirəm mənim öz işimə - Mingəçevir şəhər Qaz İstismar İdarəsinə qaytarılmasına köməklik edəsiniz. Çünki evdə ailəmi dolandırmaq mənim öhdəliyimə düşür".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR