PA-nın şəbə müdiri ilə partiya sədri arasında görüş oldu - Nələr müzakirə edilib?
SİYASƏT
21.05.2026, 20:02
Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Ədalət Partiyasının sədri Mütəllim Rəhimov arasında görüş keçirilib.
Mia.az xəbər verir ki, görüşdə ölkədə baş verən siyasi proseslər, Ədalət Partiyasının fəaliyyəti haqqında fikir mübadiləsi aparılıb.
Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu dövlət siyasəti, daxili və xarici siyasətdə qazanılan böyük uğurlar yüksək dəyərləndirilib, ölkədə aparılan iqtidar-müxalifət siyasi dialoqu, siyasi institutların cəmiyyətin inkişafında rolunun artırılmasının önəmi, siyasi plüralizmin daha da dərinləşdirilməsi məsələləri müzakirə edilib.
Sədr M.Rəhimov böyük siyasi iradənin təzahürü olan yeni siyasi konfiqurasiyanın partiyaların cəmiyyətdə nüfuzunun daha da yüksəlməsinə olduqca müsbət təsir etməsi, eyni zamanda bunun partiyalar arasında faydalı kommunikasiyanın qurulması baxımından çox əhəmiyyətli olması barədə fikir söyləyib.
Eləcə də “Siyasi partiyalar haqqında” yeni Qanunun tətbiqindən sonra partiyaların inkişafı və fəaliyyətlərini davamlı şəkildə həyata keçirməsi, dövlət büdcəsindən maliyyə vəsaiti əldə etməsi, ofislə təmin olunması və başqa bu kimi məsələlərin ölkədə demokratiyanın, çoxpartiyalı sistemin formallaşmasına töhfələr verdiyi vurğulanıb.
M.Rəhimov rəhbərlik etdiyi Ədalət Partiyası tərəfindən həyata keçirilən layihələr, ictimaiyyətlə əlaqələr istiqamətində tətbiqi nəzərdə tutulan yeniliklər barədə geniş məlumat verib, Partiya üçün dövlətçilik mövqeyinin və milli maraqların müdafiə olunmasının hər zaman prioritet olacağını bildirib.
Görüş əsnasında Azərbaycanın regional və beynəlxalq mövqeyinin güclənməsində Vətən müharibəsində qazanılmış qələbənin önəmi xüsusi vurğulanıb, işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən böyükmiqyaslı işlərin və keçmiş məcburi köçkünlərin qayıdışının dövlətin gücünün göstəricisi olduğu qeyd edilib.
Görüşdə həmçinin Ədalət Partiyasının sabiq sədri İlyas İsmayılovun xatirəsi yad edilib, onun müstəqillik dövründən əvvəl və müasir Azərbaycanda siyasi fəaliyyəti vurğulanıb.
Sonda Prezident Administrasiyasının rəsmisi Ədalət Partiyası tərəfindən həyata keçirilən layihələrin, Partiyanın dövlətçilik mövqeyinin siyasi dialoq prosesinə töhfə verdiyini bildirib və Partiyanın işinə uğurlar arzulayıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
"Moody's" SOCAR-ın kredit reytinqi barədə yeni qərar verdi - Nələr olacaq?
Bugün, 16:46 İQTİSADİYYAT
-
Ülvi Hacızadə nazir müavini təyin edildi
Bugün, 16:40 CƏMİYYƏT
-
Lerik sakini narkotiklə saxlanılıb
Bugün, 16:24 KRİMİNAL
-
"AzTV-nin "düşmən media qurumları" siyahısına daxil etməsi təəccüb doğurur" - MEDİA-dan İranın qərarına etiraz
Bugün, 16:16 SİYASƏT
-
Bloger saxlanıldı - Narkotik ittihamı ilə
Bugün, 16:02 PRESS
-
Xəzərdə 13 yaşlı qız batıb - 3 nəfər isə xilas olunub
Bugün, 15:55 CƏMİYYƏT
-
5 məşhur şəxs istintaqa çağırıldı
Bugün, 15:29 MƏDƏNİYYƏT
-
TRAMP İDDİALARI TƏKZİB ETDİ
Bugün, 15:25 GÜNDƏM
-
264 keçmiş deputat CHP-dən istefa verdi - Kılıçdaroğlu təklənir (SİYAHI)
Bugün, 15:20 SİYASƏT
-
ATV-nin aparıcısı pulqabısını itirib
Bugün, 15:06 PRESS
-
Əli Əsədov yeni əmr imzalayıb
Bugün, 14:50 İQTİSADİYYAT
-
Vüqar Əhmədov Bakıdan rayona rəis göndərdi - "Azərişıq" rəhbərindən unikal əmrlər
Bugün, 14:36 CƏMİYYƏT
-
Azərbaycanda işsizlərin sayının artmasının əsas səbəbi nədir? - Deputatdan şərh
Bugün, 14:26 İQTİSADİYYAT
-
RƏSMİ TEHRNDAN TRAMP və ZELENSKİYƏ TƏHDİD: "Müharibə və sülh vaxtını yalnız biz müəyyən edirik" - "Ukraynanın Xəzərdə təhlükəli macərası cavabsız qalmayacaq"
Bugün, 14:08 GÜNDƏM
-
İlham Əliyev futbolla bağlı sərəncam imzaladı
Bugün, 14:05 İDMAN
-
Prezident bu qanunlara dəyişikliyi təsdiq edib - DETALLAR
Bugün, 14:04 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bugün, 14:01 GÜNDƏM
-
Almanlar orduya güvənmr - Sorğu
Bugün, 13:55 GÜNDƏM
-
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat və... - Prezidentdən daha iki qanuna dəyişiklik
Bugün, 13:45 GÜNDƏM
-
İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - YENİ TƏYİNATLAR
Bugün, 13:24 GÜNDƏM
-
Qida festivalında atışma: iki nəfər ölüb, beş nəfər yaralanıb
Bugün, 13:07 DÜNYA
-
Bakıda külək güclənib
Bugün, 13:01 GÜNDƏM
-
Hərbi çağırışla bağlı son vəziyyət müzakirə olunub.
Bugün, 12:49 GÜNDƏM
-
BU QANUNU POZANLAR CƏRİMƏLƏNƏCƏK - Prezident dəyişikliyi təsdiqlədi
Bugün, 12:49 GÜNDƏM
-
Komitə sədri polkovniki yüksək vəzifəyə təyin etdi
Bugün, 12:36 GÜNDƏM
-
Rəşad Göyüşov vəzifədən çıxarıldı
Bugün, 12:23 CƏMİYYƏT
-
Sabah isti hava olacaq - Proqnoz
Bugün, 12:10 GÜNDƏM
-
ABŞ İRANA HÜCUMU DAYANDIRDI - Səfir həm səbəbi açıqladı, həm də xəbərdarlıq elədi
Bugün, 11:51 GÜNDƏM
-
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri kəskin artlb - 200 MİLYONA ÇATIR
Bugün, 11:48 İQTİSADİYYAT
-
Küləkli hava şəraiti ilə əlaqədar daha bir xəbərdarlıq edildi
Bugün, 11:45 GÜNDƏM
-
Aygün Kazımovanın səs-küylü "Dream Fest" obrazları
Bugün, 11:34 ŞOU-BİZNES
-
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb? (AÇIQLAMALAR)
Bugün, 11:34 GÜNDƏM
-
Bakıda güclü külək 7 ağacı aşırıb
Bugün, 11:26 CƏMİYYƏT