TÜRKİYƏ SİYASƏTİ ÇALXALANIR: gərginlik birjalara sıçradı, kəskin eniş fondun bağlanışına səbəb oldu

TÜRKİYƏ SİYASƏTİ ÇALXALANIR: gərginlik birjalara sıçradı, kəskin eniş fondun bağlanışına səbəb oldu

İQTİSADİYYAT

Bugün, 19:27

Kamal Kılıçdaroğlunun sədrliyi Özgür Özələ uduzduğu CHP-nin 3 il əvvəlli 38-ci qurultayının nəticələri məhkəmə hökmü ilə ləğvi Türkiyə birjalarında təlatüm yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hökmün ölkədə yaratdığı siyasi gərginli qısa zamanda İstanbul Fond Birjasında (BIST) ciddi itkilərə yol açıb.

Məlumata görə, BIST indeksdəki itkilərin dəqiqələr içində 6%-lik itkiyə yuvarlanmasından dərhal sonra İndekslə Bağlı Dövrə Kəsici Sistemi aktivləşdirilib və birjadakı ticarət dayandırılıb: “Fond bazarında ticarət saat 18:42-da (Bakı vaxtı ilə) bağlanıb. Səhm bazarında varrantlar, sertifikatlar və yeni səhm abunə hüquqları ilə ticarət bu gün bərpa olunmayacaq”.

Xatırladaq ki, məhkəmə Özgür Özelin sədr seçildiyi 2023-cü il CHP qurultayınin nəticələrinin ləğvi ilə məhkəmə partiyanın başına yenidən Kamal Kılıçdaroğlu və keçmiş komandasnın keçməsinə qərar verib.

Məhkəmə hökmündən dərhal sonra Özgür Özelin lidrliyə ilə partiyanın hazırkı  rəhbərliyini təcili iclasa toplanıblar.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR