İtaliya Mətbuat Şurasının üzvü Əflatun Amaşovla görüşdü

img

01-10-2014 [18:29]


Azərbaycanda səfərdə olan İtaliya Mətbuat Şurasının üzvü, "Terra” qəzetinin rəhbəri Sercio Bellucci və "İl sole domenika” qəzetinin baş redaktoru Armando Massarentti oktyabrın 1-də Mətbuat Şurasında olublar.
Mia.az xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov qurumun fəaliyyəti haqqında qonaqlara məlumat verib.
Bildirilib ki, əsas fəaliyyət missiyası media ilə bağlı şikayətlərin araşdırılmasından ibarət olan Mətbuat Şurası ötən müddətdə bir sıra beynəlxalq media qurumları ilə əməkdaşlıq edib. Mövcud əməkdaşlıq çərçivəsində jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına, söz və ifadə azadlığı sahəsində görülən işlərin daha da artırılmasına xüsusi önəm verilib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Şuranın şikayətləri araşdırma təcrübəsindən danışıb.
Qonaqlar İtaliya Mətbuat Şurasının fəaliyyəti, eləcə də bu ölkədə medianın durumu ilə bağlı mövcud vəziyyət barədə məlumat veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA