İran XİN başçısı: “Müharibə bizə çox şey öyrətdi, yenidən olarsa, sürprizlər bol olacaq”

İran XİN başçısı: “Müharibə bizə çox şey öyrətdi, yenidən olarsa, sürprizlər bol olacaq”  

GÜNDƏM

Bugün, 14:37

“ABŞ Konqresi bizm dəfələlərə söylədiyimiz faktları yenilədi, İrana qarşı müharibədə on milyardlarla dollar dəyərində hərbi təyyarə itirmələrini etiraf etdilər. Biz bu müharibədən şox şey öyrəndik. Öyrəndiyimiz dərslər və qazandığımız təcrübələr müharibəyə yenidən dönüş olacağı təqdirdə, düşmənə bol sürprizlər vəd edir”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

O bildirib ki, Amerika ordusu İrana 40 günlük müharibə dövründə F-35 təyyarələri də daxil olmaqla, onlarla təyyarəsini itirib.

Xatırladaq ki, ABŞ Konqres Tədqiqat Xidməti tərəfindən hazırlanan hesabata əsasən, İranla müharibə zamanı ümumilikdə 42 təyyarəvurulub. Bunların içində 1 F-35, 4 F-15 və 7 KC-135 yanacaqdoldurma təyyarəsi də olub.

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR