MHP lideri Öcalan haqda elə təklif verdi ki… - “Ona yeni status verilməli, PKK-ya təsir gücü yaradılmalıdır”

MHP lideri Öcalan haqda elə təklif verdi ki… - “Ona yeni status verilməli, PKK-ya təsir gücü yaradılmalıdır”  

SİYASƏT

Bugün, 08:48

Türkiyədə Pezident Ərdağanın siyasi müttəfiqi MHP sədri Dövlət Baxçalı “Terrorsuz Türkiyə” layihəsi çərçivəsində yeni yol xəritəsinə ehtiyac olduğunu bəyan edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu məqsədlə aylar əvvəl PKK terror təşkilartının ləğv edildiyini açıqlayan qondarma terror təşkilatının lideri, hazırda İmralı adasına ömürlük cəzasını çəkən Abdullah Öcalana yeni bir status veirlməsini tələb edib: "Biz Öcalanın azad edlməsini deyil, məhkumluğunun qüvvədə qalmasını, lakin ona yeni bir status verilməsini istəyirik.Bu,mütləq olmalıdır. Onun sosial statusu olmalı və bununla da ləğv edilmiş PKK-nın qurucu lideri olmaq əvəzinə, təşkilat üzərində öz nüfuz və təsirini qoruya biləcəyi sistem yaradılmalıdır. Məsələn, ona  "Sülh Prosesi və Siyasiləşmə Koordinatoru" status tipli status verilə bilər”

Firuduin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR