Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputatdan rəisə etiraz

Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputatdan rəisə etiraz

SİYASƏT

15.05.2026, 22:27

"Mən bu çıxışdan belə başa düşdüm ki, Bakı Metropoliteninin rəisi Bakıxanovda, Binəqədidə yaşayan insanlara ikinci növ vətəndaş kimi baxır və düşünür ki, onlar şəhərə əziyyətlə gəlməlidirlər. Çünki şəhərin mərkəzi daha çox elit məkandır və bu məkana ikinci növ vətəndaşlar rahatlıqla çatmamalıdır".

Mia.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Bakı Metropoliteninin rəisi Vüsal Aslanovun Bakıxanov, Binəqədi, Yeni Yasamal ərazisinə metronun çəkiləcəyi halda orada yaşayan insanların şəhərin mərkəzinə axışacağı və sıxlıq yaradacağı haqda sözlərini şərh edərkən deyib.
F.Mustafa millət vəkili seçildiyi Bakıxanov qəsəbəsi sakinlərinin şəhərin mərkəzinə çətinliklə getdiklərini xatırladıb və metropoliten rəisinin bu cür yanaşmasının absurd olduğunu vurğulayıb: “Metro tikintisi bu cür düşüncə ilə aparılacaqsa, bizi böyük bir xəyal qırıqlığı gözləyir. Metro rəhbərliyində dəyişiklik olandan sonra gözləyirdim ki, birinci müjdə Bakıxanova metro çəkilməsi olar. Çünki bu qəsəbədə 200 min əhali yaşayır. Bu insanlar şəhər və şəhərətrafı ərazilərə əziyyətlə, əzabla hərəkət edirlər.
Deməli, kimsə onların şəhərə əzabla gəlməyini vacib sayır. Bu isə artıq vətəndaşa xidmət deyil”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR