Konqoda təhlükəli xəstəlik yenidən yayılır - Daha iki ölkəyə xəbərdarlıq olunub

Konqoda təhlükəli xəstəlik yenidən yayılır - Daha iki ölkəyə xəbərdarlıq olunub

DÜNYA

Bugün, 19:59

Konqo Demokratik Respublikasında Ebola xəstəliyi yenidən “cücərmə”yə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bəyanat yayıb.

Bildirilib ki, İturi əyalətində 15 may tarixində proflaktik tədbirlər həyata keçirilib: “Bu günə qədər qeyd edilən bölgədə Ebola virusu ilə əlaqəli 246 yoluxma və 65 ölüm hadisəsi qeydə alınıb. Vəziyyət nəzarətdən çıxmaq təhlükəsiylə üz-üzədir”.

Məlumatda deyilir ki, hazırda Monqvalu və Rvampara bölgələri də karantinə alınıb: “Bununla yanaşı, sərhəd ölkələri Uqanda və Cənubi Sudana xəbərdarlıq olunub. Sərhəddə yoxlama sərtləşdirilib”.

Xatırladaq ki, bu epidemiya 1976-cı ildən bəri ölkədə 17-ci Ebola epidemiyası kimi qeydə alınıb.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR