Küveyt İran gəmisini vurdu – Rəsmi Tehrandan açıqlama

Küveyt İran gəmisini vurdu – Rəsmi Tehrandan açıqlama  

DÜNYA

13.05.2026, 22:15

Bu gün Küveyt Bubiyan adasına yaxın ərazidə İrana məxsus gəmini vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər naziri Abbas Əraqçi açıqlama verib.

Onun sözlərinə görə, Küveytin bu hərəkəti qəbulolunmazdır: “İranın cavab vermək hüququ var və bu, hüququmzu özümüzdə saxlayırıq. Küveyt münaqişə yaratmaq üçün açıq bir formada bizimgəmiyə hücum edib, dörd vətəndaşımızı saxlayıb. Bu qanunsuz hərəkət ABŞ-ın İrana qarşı hücumda yararlandığı adanın yaxınlığında baş verib. Küveyt dərhal bu səhvindən geri çəkilməli, vətəndaşlarımızı dərhal azad etməlidir. Əks halda cavabımız olacaq”

Xatırladaq ki, 12 mayda Küveyt İran İnqilab Keşikçiləri Korpusuna məxsus silahlı qrupun Küveytə zərbə endirməyə cəhd etdiyi və bu səbəbdən vurulduğunu açıqlayıb.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR