AFFA klublara 1000 manalıq cərimələr "yağdırdı"

img

30-09-2014 [22:37]


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Peşəkar Futbol Liqasının rəsmi saytında verilən məlumata görə, İK Premyer Liqanın 7-ci turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

Azərbaycan Premyer Liqasının VII turunun "Bakı” – "Araz Naxçıvan” matçının 78-ci dəqiqəsində "Bakı”nin məşqçisi Rafael Əmirbəyov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının VII turunun "Neftçi” – "Qarabağ” matçında "Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının VII turunun AZAL – "İnter” matçında AZAL və "İnter”in 4 futbolçusu  sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının VII turunun "Qəbələ” – "Xəzər Lənkəran” matçında "Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA