DİM-dən fənn olimpiadalarının qaliblərinə - Müraciət
CƏMİYYƏT
13.05.2026, 11:01
Dövlət İmtahan Mərkəzi Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib.
Mia.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. "Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur: - beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər; - IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər; - beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər. Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ vardır. (Müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar, beynəlxalq və respublika fənn olimpiadalarının siyahısı, beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunmuşdur.) Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri (indiyədək müvafiq sənədlərini DİM-ə təqdim etməyənlər) 13 may – 30 iyun 2026-cı il tarixlərində aşağıda göstərilən sənədlərin fotosurətlərini Dövlət İmtahan Mərkəzinə (Bakı ş., akad.H.Əliyev küç., 299 və Binəqədi rayonu, S.S.Axundov küç., 50) və ya onun regional bölmələrinə təqdim etməlidirlər: ümumi qaydada təsdiq olunmuş “Abituriyent elektron ərizəsi” formasının surəti; beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədin fotosurəti, müvafiq tədbirin keçirildiyi ölkə, tarix və nəticələrin əks olunduğu rəsmi sayt barədə məlumat. Mərkəz göstərilən sənədlərin həqiqiliyini və onu təqdim edən şəxsə məxsus olmasını həmin olimpiadaların, müsabiqələrin və yarışların keçirildiyi ölkənin müvafiq qurumlarının və ya onları təşkil edən qurumların (o cümlədən, beynəlxalq qurumların) olimpiadaların, müsabiqələrin və yarışların qaliblərinə dair məlumat bazası üzərindən yoxlamaq hüququna malikdir. Beynəlxalq fənn olimpiadasının, beynəlxalq müsabiqə və yarışın qalibi olan Azərbaycan Respublikasının vətəndaşı 4.2-ci bənddə göstərilən sənədlərin fotosurəti ilə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də Mərkəzə göndərməlidirlər. Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmaq istəyənlər göstərilən sənədlərlə yanaşı, həmin təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış, tərcümeyi-hal və həmin təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə tutulmuş digər məlumatları təqdim etməlidirlər", - məlumatda bildirilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
"Moody's" SOCAR-ın kredit reytinqi barədə yeni qərar verdi - Nələr olacaq?
Bugün, 16:46 İQTİSADİYYAT
-
Ülvi Hacızadə nazir müavini təyin edildi
Bugün, 16:40 CƏMİYYƏT
-
Lerik sakini narkotiklə saxlanılıb
Bugün, 16:24 KRİMİNAL
-
"AzTV-nin "düşmən media qurumları" siyahısına daxil etməsi təəccüb doğurur" - MEDİA-dan İranın qərarına etiraz
Bugün, 16:16 SİYASƏT
-
Bloger saxlanıldı - Narkotik ittihamı ilə
Bugün, 16:02 PRESS
-
Xəzərdə 13 yaşlı qız batıb - 3 nəfər isə xilas olunub
Bugün, 15:55 CƏMİYYƏT
-
5 məşhur şəxs istintaqa çağırıldı
Bugün, 15:29 MƏDƏNİYYƏT
-
TRAMP İDDİALARI TƏKZİB ETDİ
Bugün, 15:25 GÜNDƏM
-
264 keçmiş deputat CHP-dən istefa verdi - Kılıçdaroğlu təklənir (SİYAHI)
Bugün, 15:20 SİYASƏT
-
ATV-nin aparıcısı pulqabısını itirib
Bugün, 15:06 PRESS
-
Əli Əsədov yeni əmr imzalayıb
Bugün, 14:50 İQTİSADİYYAT
-
Vüqar Əhmədov Bakıdan rayona rəis göndərdi - "Azərişıq" rəhbərindən unikal əmrlər
Bugün, 14:36 CƏMİYYƏT
-
Azərbaycanda işsizlərin sayının artmasının əsas səbəbi nədir? - Deputatdan şərh
Bugün, 14:26 İQTİSADİYYAT
-
RƏSMİ TEHRNDAN TRAMP və ZELENSKİYƏ TƏHDİD: "Müharibə və sülh vaxtını yalnız biz müəyyən edirik" - "Ukraynanın Xəzərdə təhlükəli macərası cavabsız qalmayacaq"
Bugün, 14:08 GÜNDƏM
-
İlham Əliyev futbolla bağlı sərəncam imzaladı
Bugün, 14:05 İDMAN
-
Prezident bu qanunlara dəyişikliyi təsdiq edib - DETALLAR
Bugün, 14:04 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bugün, 14:01 GÜNDƏM
-
Almanlar orduya güvənmr - Sorğu
Bugün, 13:55 GÜNDƏM
-
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat və... - Prezidentdən daha iki qanuna dəyişiklik
Bugün, 13:45 GÜNDƏM
-
İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - YENİ TƏYİNATLAR
Bugün, 13:24 GÜNDƏM
-
Qida festivalında atışma: iki nəfər ölüb, beş nəfər yaralanıb
Bugün, 13:07 DÜNYA
-
Bakıda külək güclənib
Bugün, 13:01 GÜNDƏM
-
Hərbi çağırışla bağlı son vəziyyət müzakirə olunub.
Bugün, 12:49 GÜNDƏM
-
BU QANUNU POZANLAR CƏRİMƏLƏNƏCƏK - Prezident dəyişikliyi təsdiqlədi
Bugün, 12:49 GÜNDƏM
-
Komitə sədri polkovniki yüksək vəzifəyə təyin etdi
Bugün, 12:36 GÜNDƏM
-
Rəşad Göyüşov vəzifədən çıxarıldı
Bugün, 12:23 CƏMİYYƏT
-
Sabah isti hava olacaq - Proqnoz
Bugün, 12:10 GÜNDƏM
-
ABŞ İRANA HÜCUMU DAYANDIRDI - Səfir həm səbəbi açıqladı, həm də xəbərdarlıq elədi
Bugün, 11:51 GÜNDƏM
-
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri kəskin artlb - 200 MİLYONA ÇATIR
Bugün, 11:48 İQTİSADİYYAT
-
Küləkli hava şəraiti ilə əlaqədar daha bir xəbərdarlıq edildi
Bugün, 11:45 GÜNDƏM
-
Aygün Kazımovanın səs-küylü "Dream Fest" obrazları
Bugün, 11:34 ŞOU-BİZNES
-
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb? (AÇIQLAMALAR)
Bugün, 11:34 GÜNDƏM
-
Bakıda güclü külək 7 ağacı aşırıb
Bugün, 11:26 CƏMİYYƏT