Yaponiyada qatarda yayılan naməlum zəhər…- 10 nəfəri xəstəxanaya yerləşdirildi

Yaponiyada qatarda yayılan naməlum zəhər…- 10 nəfəri xəstəxanaya yerləşdirildi  

DÜNYA

Bugün, 10:30

Yaponiyanın paytaxtı Tokio yaxınlığında hərəkətdə olan qatardan naməlum  qaz iyi böyük həyəcan yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qatardan gələn naməlum qoxu boğaz qıcıqlanması və nəfəs darlığı yaradıb.

Məlumata görə, qatardakıların müvafiq dövlət qurumlarına müraciətindən sonra qatar ən yaxın dayanacaqa saxladılıb, əraziyə  21 təcili yardım maşını göndərilib: “Qatarda olan və vəziyyəti pisləşən 10 nəfər xəstəxanaya aparılıb. Həyatlarına təhlükə olmasa da, həkim nəzarətində laborator müayinə olunurlar”.

“The Japan Times” qəzeti yazır ki, hadisə yeri araşdırılsa da, naməlum qaz iyi və kəskin qoxnun səbəbini tapmaq mümkün olmayıb: “Faktla bağlı araşdırma gedir”.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR