Hantavirus: siçanlardan yayılan viruslar - Dünya yeni təhlükəni rahat qarşılayır
CƏMİYYƏT
Bugün, 09:48
Dünya yenə tanış bir cümləni eşidir. Risk çox aşağıdır. Bu ifadəni səsləndirən Ümumdünya Səhiyyə Təşkilatıdır. Bu qurum qlobal səhiyyə sisteminin əsas institutlarından biridir, riskləri qiymətləndirir və dövlətlərə tövsiyələr verir. Amma bir həqiqət dəyişmir. Qərar verən ÜST deyil, dövlətlərdir və “risk aşağıdır” ifadəsi çox vaxt yalnız tibbi deyil, həm də siyasi məna daşıyır.
Son saatlarda hantavirusla bağlı xəbərlər yenidən gündəmə gəlib. Hadisə Niderlanda məxsus kruiz gəmisində baş verib. Gəmi İspaniyanın Tenerife adasına yan aldıqdan sonra sərnişinlər tədricən təxliyə olunub. Üç nəfər həyatını itirib, onlardan ikisi holland, biri almandır. ÜST ümumilikdə doqquz hadisə qeydə alıb, onların yeddisi təsdiqlənmiş, ikisi isə şübhəlidir.
Dünya dövlətlərinin reaksiyası isə diqqət çəkəcək dərəcədə sürətli və koordinasiyalı oldu. Böyük Britaniya sərnişinləri dərhal xəstəxanaya yerləşdirdi, onları əvvəlcə yetmiş iki saat nəzarətdə saxladı, daha sonra qırx iki günlük karantinə göndərdi və riskin çox aşağı olduğunu bildirdi. ABŞ sərnişinləri xüsusi tibbi mərkəzlərdə yoxlamadan keçirdi, bəzi hallarda ciddi nəzarət tətbiq etdi və riskin çox-çox aşağı olduğunu açıqladı. Avropa ölkələri ümumi yanaşma kimi tibbi yoxlama və təxminən altı həftəlik müşahidə rejimini tətbiq etdi, simptom yaranacağı təqdirdə dərhal müdaxilə ediləcəyini vurğuladı.
İspaniyada sərnişinlər hərbi xəstəxanada karantinə alındı və ilkin müsbət nəticə qeydə alındı. Fransada ilk yoluxma təsdiqləndi və xəstə ilə təmasda olan iyirmi iki nəfər nəzarət altına götürüldü. Almaniyada sərnişinlər əvvəlcə izolyasiya edildi, sonra simptomlar müşahidə olunmadığı halda evə buraxıldı, lakin davamlı tibbi nəzarət saxlanıldı. Kanadada sərnişinlər iyirmi bir gündən qırx iki günə qədər özünü təcrid rejiminə keçdi və simptom qeydə alınmadı. İsveçrədə isə bir yoluxma faktı təsdiqləndi, vəziyyət stabildir və ümumi risk aşağı qiymətləndirilir.
Hantavirus nədir sualına gəlincə, bu viruslar qrupu əsasən gəmiricilər vasitəsilə yayılır və insanlara onların ifrazatları ilə təmas nəticəsində keçir. Xüsusilə siçanların sidiyi, nəcisi və ya tüpürcəyi ilə çirklənmiş mühit virusun yayılması üçün əsas mənbə hesab olunur. İnsandan insana keçməsi çox nadir hallarda baş verir və bu da onun geniş miqyasda yayılmasını məhdudlaşdıran əsas amillərdən biridir. Xəstəliyin əsas əlamətləri qızdırma, halsızlıq və bəzi hallarda ciddi tənəffüs problemləri ilə özünü göstərir. Virusun gizli dövrü bir həftədən səkkiz həftəyə qədər davam edə bilər ki, bu da nəzarəti çətinləşdirən əsas faktorlardan biridir.
Amma məhz burada əsas sual ortaya çıxır. Dünya niyə bu qədər sakitdir və bu sakitlik nə dərəcədə əsaslıdır.
Bu mənzərəni daha geniş kontekstdə qiymətləndirmək üçün yaxın tarixə baxmaq kifayətdir. COVID-19 pandemiyası rəsmi rəqəmlərə görə dünyada təxminən 7 milyona yaxın insanın ölümünə səbəb oldu. Qeyri-rəsmi hesablamalar isə bu rəqəmin 15–20 milyona qədər yüksələ biləcəyini göstərir.
XX əsrdə də viruslar bəşəriyyətə ağır zərbələr vurub. 1918-ci il İspan qripi təxminən 50 milyon insanın həyatına son qoydu və bu, tarixdə ən böyük pandemiyalardan biri kimi yadda qaldı. Sonrakı onilliklərdə HİV/AIDS pandemiyası 40 milyondan çox insanın ölümünə səbəb oldu. Asiya qripi və Honq Konq qripi kimi epidemiyalar da milyonlarla insanın həyatını itirməsi ilə nəticələndi.
Bu faktlar göstərir ki, viruslar təkcə tibbi problem deyil, eyni zamanda tarixi miqyasda təhlükədir.
Tarix bu suala daha sərt cavab verir. XIV əsrdə Avropada baş verən və “Qara ölüm” kimi tanınan vəba epidemiyası təxminən 25–50 milyon insanın həyatına son qoydu. Bu, o dövrün Avropa əhalisinin böyük hissəsi idi. Xəstəlik əsasən siçanlar və onların üzərində yaşayan birələr vasitəsilə yayılırdı.
O dövrdə tibbi bilik yox idi, gigiyena səviyyəsi aşağı idi və xəstəliyin səbəbi düzgün anlaşılmırdı. Üstəlik, bəzi yanlış qərarlar vəziyyəti daha da ağırlaşdırdı. Məsələn, müəyyən bölgələrdə pişiklərin məhv edilməsi siçanların sürətlə artmasına səbəb oldu və epidemiya daha geniş yayıldı. Bu hadisə tarixə bir dərs kimi düşdü. Təbiətə yanlış müdaxilə və savadsız qərarlar fəlakətə gətirib çıxara bilər.
Bugünkü dünya əlbəttə fərqlidir. Tibb inkişaf edib, viruslar daha tez aşkarlanır, dövlətlər daha operativ reaksiya verir. Amma dəyişməyən bir qayda var. Böyük risklər həmişə kiçik xəbərlər kimi başlayır.
Bu gün hantavirus pandemiya deyil və qlobal təhlükə səviyyəsində qiymətləndirilmir. Amma “risk aşağıdır” ifadəsi yalnız tibbi qiymətləndirmə deyil. Bu, həm də iqtisadi və siyasi mesajdır. Çünki panika iqtisadiyyata zərər verir, turizm sektoru zərbə alır və dövlətlər sabitliyi qorumağa çalışır.
Azərbaycan üçün də vəziyyət oxşardır. Hazırda risk aşağıdır, amma sıfır deyil. Xüsusilə kənd və yarımkənd mühitində gəmiricilərlə təmas ehtimalı mövcuddur. Ona görə də əsas diqqət profilaktikaya yönəlməlidir. Gəmiricilərlə təmasdan qaçmaq, anbar və zirzəmiləri təmiz saxlamaq, riskli bölgələrdən gələnlərə nəzarət etmək və simptomlar yaranarsa dərhal həkimə müraciət etmək vacibdir.
Hantavirus bu gün pandemiya deyil. Amma tarix xəbərdarlıq edir. Siçanlardan başlayan hadisələr vaxtilə milyonlarla insanın həyatına son qoyub. Dünya bu gün daha güclüdür, amma qayda dəyişməyib. Ən böyük təhlükə virusun özü yox, arxayınlıqdır.
Elbəyi Həsənli. Sürix
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Zaur ilk dəfə verilişinin bağlanmasından danışdı
Bugün, 11:34 PRESS
-
Akif İslamzadənin vəziyyəti açıqlandı: “Xəstənin huşu aydındır" (Yenilənib)
Bugün, 11:16 MƏDƏNİYYƏT
-
İRAN QIRICILARINI PAKİSTAN ƏRAZİSİNDƏ GİZLƏDİB? – Rəsmi İslamabaddan ABŞ-ın iddiasına reaksiya
Bugün, 11:01 GÜNDƏM
-
Xətai rayonunda qohumunun evindən oğurluqda şübhəli şəxs saxlanılıb
Bugün, 10:59 KRİMİNAL
-
İKİ HƏRBÇİMİZ MİNAYA DÜŞDÜ - MN və Prokurorluq açıqlama yaydı (Yenilənib)
Bugün, 10:47 GÜNDƏM
-
"Kontakt Home”, “Birmarket”... - Yanğın məşhur şirkətlərin anbarlarında olub?
Bugün, 10:46 GÜNDƏM
-
"Pegasus" müflis olur? - 3 ay içində 153 milyon avro zərər var
Bugün, 10:42 İQTİSADİYYAT
-
Yaponiyada qatarda yayılan naməlum zəhər…- 10 nəfəri xəstəxanaya yerləşdirildi
Bugün, 10:30 DÜNYA
-
Rəsul Quliyevin partiyası YAP-a birləşir? - Açıqlamalar
Bugün, 10:17 SİYASƏT
-
Şəhid Müşfiq Abbasovun məzarı Abdal kəndinə köçürülüb
Bugün, 10:06 CƏMİYYƏT
-
Lökbatanda nəhəng anbarda güclü yanğın: helikopterlər cəlb olunub... - AÇIQLAMALAR + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bugün, 09:59 GÜNDƏM
-
Hantavirus: siçanlardan yayılan viruslar - Dünya yeni təhlükəni rahat qarşılayır
Bugün, 09:48 CƏMİYYƏT
-
Masazırda daşan kanalizasiya suyu duz gölünə axır? - VİDEO
Bugün, 09:37 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti 110 dolları ötdü
Bugün, 09:31 İQTİSADİYYAT
-
"Hansısa siyasətçi ilə əlaqəniz varmı? sualı... - Bankın belə tələbinin əsası var? (Şərh)
Bugün, 09:27 İQTİSADİYYAT
-
Aparıcı bu sözlərinə görə telekanaldan uzaqlaşdırıldı
Bugün, 09:20 PRESS
-
"Həyat yoldaşı Manananın pulu ilə ona iki maşın hədiyyə edib"
Bugün, 09:07 ŞOU-BİZNES
-
Trampın Media Şirkəti zərər edib - 405 milyon dollar…
Bugün, 08:58 PRESS
-
Keçmiş spikerlə partiya lideri üz-üzə gəldi - QALMAQAL
Bugün, 08:39 SİYASƏT
-
“Beşiktaş” Sergen Yalçınla bağlı qərar verdi
Bugün, 08:26 İDMAN
-
Goranboyda bıçaqlanma: 22 yaşlı şəxs 24 yaşlı əmisi oğlu tərəfindən vuruldu
Bugün, 08:13 KRİMİNAL
-
23 günlük əsgər niyə həyatını itirdi? - DSX-yə ağır suallar + FOTO
Bugün, 08:05 GÜNDƏM
-
Super liqaya hansı komanda yüksələcək? – Gərgin oyunlar…
Bugün, 00:40 İDMAN
-
Osimhen yığma komandaya çağırılmadı
Bugün, 00:25 İDMAN
-
Salah Türkiyəyə gəlir? – 20 milyonluq illik maaş və 3 illik müqavilə təklifi var
Bugün, 00:18 İDMAN
-
"Sezercik" elə hala düşüb ki… - Məşhur aktyor illər sonra + FOTO
Bugün, 00:15 MƏDƏNİYYƏT
-
Həbs olunan bələdiyyə sədrinin gəlini də “etrafçı” oldu
Bugün, 00:13 SİYASƏT
-
İsrail Livanda xəstəxananı vurdu - Ölən və yaralananlar var
Bugün, 00:05 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Rum rəqəmlərinin yazılışı - Vahid Tağıyev yeni cədvəl təqdim etdi
11.05.2026, 23:57 YAZARLAR
-
TRAMP ÇİNƏ GEDİR: İran müharibəsi tarazlığı dəyişib? - TƏHLİL
11.05.2026, 23:48 GÜNDƏM
-
Şəfiqə Məmmədova Əli İsa Cabbarovla mübarizə aparacaq - Sədrlik uğrunda
11.05.2026, 19:41 MƏDƏNİYYƏT
-
ABŞ–İran qarşıdurması: kim qazanır, kim uduzur və dünya hansı istiqamətə gedir? - TƏHLİL
11.05.2026, 17:25 SİYASƏT
-
DTX-nn saxladığı mafiya lideri: o, kimdir? - VİDEO
11.05.2026, 17:02 KRİMİNAL