"O vaxt tülkü kimi qaçıb gizlənənlər indi Heydər Əliyevin təbliğatçısına çevriliblər" - Məşhur YAP-çıdan qəzəbli açıqlamalar 

\"O vaxt tülkü kimi qaçıb gizlənənlər indi Heydər Əliyevin təbliğatçısına çevriliblər\" - Məşhur YAP-çıdan qəzəbli açıqlamalar 

SİYASƏT

Bugün, 18:50

"Dəyərli dostlar, hər vaxtınız xeyir olsun! Bir məsələyə öz münasibətimi bildirmək istəyirəm: Ulu Öndərimiz Heydər Əliyevin 103-cü ildönümü ilə əlaqədar olaraq tədbirləri izləyirəm və bəzilərində də iştirak edirəm. Problem nədir: keçirilən tədbirlərdə, ömrü boyu Heydər Əliyevlə görüşməyən, onunla ünsiyyətdə olmayan, internetdə tanıyan “şəxslər” çıxışlar edir, hazır mətinləri oxuyurlar. Oxuduqları mətinlərdə yarıtmaz və qeyri-qənaətbəxşdir".

Mia.az xəbər verir ki, bu sözləri sabiq deputat, Naftalan şəhər icra hakimiyyətinin keçmiş başçısı, məşhur YAP-çı Musa Musayev Feysbuk-dakı hesabında yazıb.

O bildirib ki, bu cür hallara qarşıdır: "Şəxsən mən bunun əleyhinəyəm. Ulu Öndəri 1987 - 1993-cü ilin Qurtuluş gününə qədər müdafiə edən, onun təbliğatını aparan, onu müdafiə edən şəxslər kənarda qalıb, indi vaxtilə Heydər Əliyevi təhqir edən, Ali Sovetdə ona ayaq döyənlər, ona çıxış etməyə mane olanlar və onların törəmələri bu gün Ulu Öndərlə bağlı çıxışlar edirlər, özlərini “Heydər Əliyevçi“ kimi xalqa sırımaq istəyirlər. Şəxsən mən Musa Musayev olaraq bu cür süni təbliğatı qəbul etmirəm və etməyəcəm. 1987 - 1993-cü ilin Qurtuluş gününə qədər tülkü kimi qaçıb kölgədə gizlənənlər indi Heydər Əliyevin təbliğatçısına çevriliblər".

Misa Musayevin sözlərinə görə, o, bu tarixin ensklopediyasını bilən və yazan şəxslərdəndir: "Ayıbdır, keçmişinizi yaddan çıxarmayın “bəylər “. Kişinin bir əqidəsi, bir mövqeyi , bir Partiyası və səcdə etdiyi bir Şəxsiyyət olmalıdır!!! Özünüzü yığışdırın: açılar sandıq, tökülər pambıq!".

F.ƏHMƏD

MİAA.Z

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR