“Qəbələ Xanlar” restoranında gizlədilən silahlar necə tapıldı? - Detallar

“Qəbələ Xanlar” restoranında gizlədilən silahlar necə tapıldı? -  Detallar

KRİMİNAL

Bugün, 14:47

Polis tərəfindən keçirilən əməliyyat nəticəsində qanunsuz silah-sursatı əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə saxlanılan Zaur Rəsulovun məhkəmə prosesi başa çatıb.

Mia.az Xitab24.az-a istinadla xəbər veirr ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham olunub.

Zaurun saxlanılmasına isə ona silahı satan şəxsin polis tərəfindən ifşa olunması səbəb olub. Belə ki, Azər Qəhrəmanov adlı şəxs polisin diqqətindən yayınmaq üçün 1 ədəd “AK” markalı avtomatı hissələrə bölərək müxtəlif geyim dəstlərinin arasında gizlədib.

Lakin onun bu əməli polis əməkdaşlarının diqqətindən yayınmayıb və nəticədə ondan silah, eyni zamanda 30 ədəd patron aşkarlanaraq götürülüb

Araşdırmalar zamanı A.Qəhrəmanovun silahı ölkənin bir çox yerində filialı olan “Qəbələ Xanlar” restorannda çalışan qayınatası, 1959-cu il təvəllüdlü Nazim Həsənov və qaynı, 1997-ci il təvəllüdlü Murad Həsənovdan əldə etdiyi müəyyən edilib. 

Polis əməkdaşları əməliyyatın davamında digər silahların da yerini aşkar edib. Belə ki, 1 ədəd “AK” markalı avtomat silah, 2 ədəd “Makarov” markalı tapança və 30 ədəd patronun “Qəbələ Xanlar” restoranının həyətində basdırıldığı müəyyənləşib.

N.Həsənov və M.Həsənov ifadələrində qanunsuz saxladıqları odlu silah-sursatı satış məqsədilə gizlətdiklərini bildiriblər.

Tədbirlərin davamında isə A.Qəhrəmanovun daha əvvəl M.Həsənovla birlikdə odlu silahı satdığı şəxs Zaur Rəsulov Qəbələ rayonunda müəyyən edilərək saxlanılıb. 

Onun yaşadığı evdən və həyətyanı sahədə gizlətdiyi 1 ədəd atəşə yararlı “CZ” markalı tapança və 13 ədəd patron aşkar edilərək götürülüb. 

Məhkəmənin hökmünə əsasən, Zaur Rəsulovun azadlığı 2 il, 1 ay, 24 gün müddətinə məhdudlaşdırılıb. Növbəti instansiya məhkəməsində dövlət ittihamçısı protest verib. Prokuror bildirib ki, Z.Rəsulov könüllü gəlib təqsirini boynuna almayıb, onun cinayət əməli polis əməkdaşları tərəfindən ifşa olunub. Rəsulovun ifşa edildikdən sonra təqsirini etiraf edərək ifadə verməsi onun əməlindən səmimi peşmançılıq keçirməsi kimi qiymətləndirilə bilməz. Buna baxmayaraq, apellyasiya instansiyası ilk hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Qeyd edək ki, Zaur Rəsulov “Qəbələ Xanlar” restoranının administratoru olub. O, bu məşhur restoranlar şəbəkəsinin sahibi Xanlar Kərimovun yaxın qohumudur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR