"Bu parazitlər yavaş-yavaş təmizlənəcək"-Partiya sədri

img

30-09-2014 [16:04]


"Müsavat qurultay keçirmirdi, bir MMC yaradırdı və həmin müəssisəyə də sədr seçirdi. Yığıncaqda yeyib doyanlarla aclar arasında müharibə gedirdi. Qəmbərov İsa da o partiyanı hərraca çıxarmışdı. Bu hərracda Müsavata Arif Hacıyev kimi bir satqın sədr seçildi. Bu Qəmbərov İsanın 2018-ci ildə prezident seçkilərində öz namizədliyini irəli sürməsi üçün yaradılmış bir MMC idi. Qurultayın keçirilməsinin də elə bir əhəmiyyəti yoxdur. Çünki bu bir firmadır. Firmanın da başçısı Qəmbərov İsanın qohumlarından olan erməni də ola bilərdi”. Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
Hafiz Hacıyevin sözlərinə görə, "firma"nın keçirilən qurultayında təşkil olunan hərracda Arif Hacıyev "bacarıqlı” olduğundan sədr seçildi: "Qurultayqabağı Qəmbərov İsa şou düzəldirdi ki, mənə 1000 nəfərlik yer verin, 1000 nəfərim olacaq. Amma heç 400 nəfər adam da gəlmədi. Kimlər ki, gəlmişdi əksəriyyəti qurultay nümayəndəsi yox, küçədən pulla tutulmuş insanlar idi. Müsavat Partiyasının irsinin daşıyıcıları Müasir Müsavat Partiyasıdır. Bu parazitlər isə yavaş-yavaş təmizlənəcək”.
O həmçinin, Müsavat divanının üzvü Vurğun Əyyubun qurultaya nümayəndə seçilməməsinə də aydınlıq gətirib: "Vurğunun öz dəstəsi və öz maraqları var idi. Ona görə də, Arif Hacıyev əvvəldən bilirdi ki, Vurğun ona səs verməyəcək. Vurğunun qeyd etdiyi məsələ o idi ki, Arif azərbaycanlı olmadığından Müsavata sədr ola bilməz. Təbii ki, bu yerində vurğulanmış bir məsələdir. Azərbaycanlı olmayan bir insanın nə işi var ki, Azərbaycanda partiya sədri olsun. Vurğun onların əksinə hərəkət edirdi. Ona görə də onu qurultaya nümayəndə seçmədilər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA