İran Cənubi Koreya neft tankerinə hücum edib? – Açıqlama

İran Cənubi Koreya neft tankerinə hücum edib? – Açıqlama  

DÜNYA

Bugün, 11:45

İranın Hörmüz boğazında Cənubi Koreya neft tankerinə hücum xəbəri yayılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, xəbərə Tehran administrasiyasından operativ cavab verilib.

Tehran administrasiyası Cənubi Koreya neft tankerinə hücum xəbərini təkzib edib: "İran Silahlı Qüvvələri Hörmüz boğazında Koreya bayrağı altında üzən gəmiyə zərər vurması barədə yayılan xəbərin heç bir əsası yoxdur. Qətiyyətlə bu iddianı rədd edirik”.

Bəyanatda daha sonra bird aha bütün ölkələrə xəbərdarlıq edilib. Bildirilib ki, boğazdan təhlükəsiz keçmək istəyən bütün gəmilər İranın elan elektron poçtda qeydiyyatdan keçməlidir: “Bu ünvandan qeydiyyatdan keçən bütün gəmilərin təhlükəsizliyi təmin olunacaq. Əks halda baş verə biləcək hər hansı bir hadisəyə görə məsuliyyət müvafiq tərəflərin üzərinə düşəcək”.

Xatırladaq ki, Cənubi Koreyanın "HMM Namu" yük gəmisinin 4 mayda Hörmüz boğazında vurulması xəbəri yayılıb.

Tahir Şəlvəli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR