Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib - Azərbaycandan keçməklə 

Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib - Azərbaycandan keçməklə 

İQTİSADİYYAT

Bugün, 10:27

Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib.

Mia.az xəbər verir ki, söhbət 2 vaqon alüminium (ilk dəfə) və 9 vaqon taxıldan gedir.

Məhsullar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

Xatırladaq ki, ötən gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 8 vaqondan ibarət, çəkisi 543 ton olan gübrə və 10 vaqondan ibarət, çəkisi 695 ton olan taxıl göndərilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR