Elon Maskdan xəbərdarlıq: “Süni intellekt hamımızı öldürə bilər” - MƏHKƏMƏ İCLASI

Elon Maskdan xəbərdarlıq: “Süni intellekt hamımızı öldürə bilər” - MƏHKƏMƏ İCLASI

GÜNDƏM

Bugün, 09:12

“Süni intellekt hamımızı öldürə bilər”.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu sözləri amerikalı milyarder Elon Mask deyib.

O, həmtəsisçisi olduğu OpenAI-la bağlı hüquqi mübarizə ilə bağlı keçirilən məhkəmədə süni intellektin bəşəriyyət üçün yarada biləcəyi ekzistensial risklərdən söz açıb.

Məhkəmədə ifadə verən Mask bildirib ki, nəzarətsiz süni intellektin inkişafı fəlakətli nəticələrə səbəb olacaq: “Bu barədə dünyaya xəbərdarlıq edirəm. Mən ən pis ssenarini "Terminator vəziyyəti" kimi təsvir edə bilərəm. Qabaqcıl süni intellekt sistemlərinin ciddi təhlükəsizlik tədbirləri olmadan fəaliyyətdə olarsa, bu, nəzarətdən çıxacaq və hamımızı öldürəcəklər”.

Məlumatda deyilir ki, Maskın məhkəmədəki bu iddiası "elmi fantastika" adlandıırlıb və etirazla qarşılanıb: “Hakimin spekulyativ arqumentlərdən daha çox hüquqi əsaslara diqqət yetirmək barədə xəbərdarlıqlarına baxmayaraq, Mask təhlükəsizlik məsələlərinin OpenAI kimi təşkilatlar üçün fundamental əməliyyat əsası olması lazım olduğuna dirənməyə davam edib”.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR