İran XİN: “Əsas qayəmiz müharibəni bitirməkdir” – “İranın Körfəz ölkələri ilə düşmənçiliyi yoxdur"

İran XİN: “Əsas qayəmiz müharibəni bitirməkdir” – “İranın Körfəz ölkələri ilə düşmənçiliyi yoxdur\"

SİYASƏT

Bugün, 17:08

“Əsas qayəmiz müharibəni bitirməkdir”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi televiziya kanalına müsahibəsində deyib.

XİN sözçüsü bildirib ki, ABŞ-lda danışıqlarda bəzi məsələlərin müzakirəsi uzun çəkir: “Razılaşdırıla bilməyən mürəkkəb məsələlərə vaxt itirmək istəmiik. Hazırkı əsas məqsədimiz dediyim kimi, müharibənin bitməsinə nail olmaqdır. Çünki bu vəziyyət həm İran xalqı, həm də region və beynəlxalq ictimaiyyət üçün vacibdir".

Bekayinin sözlərinə görə, İranın Körfəz ölkələri ilə düşmənçiliyi yoxdur: “Əksinə, ABŞ-ın bölgədəki hərbi mövcudluğu təhlükəsizlik və sabitliyə təhdiddir. Biz Fars körfəzi ilə həmsərhəd olan dövlətlərlə münasibətlər qarşılıqlı hörmət və maraqlar əsasında qurmaqda qərarlıyıq”.

XİN rəsmisi daha sonra bildirib ki, İran xalqı heç vaxt təzyiqə və ya təslimçilyə boyun əyməyəcək.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR