CHP lideri ilə deputatın toxunulmazlığı ləğv olunacaq? – Parlamentə 4 dosye göndərildi

CHP lideri ilə deputatın toxunulmazlığı ləğv olunacaq? – Parlamentə 4 dosye göndərildi  

SİYASƏT

Bugün, 16:53

Türkiyə Böyük Millət Məclisinə (Parlament) CHP sədri Özgür Özel və İyi Partiyası Kocaelidən deputatı Lütfü Türkkanla bağlı ümumilkdə 4 dosye göndərilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sənədlərdə onların deputat toxunulmazlığının ləğvi tələb olunub.

Məlumata əsasən, hər iki deputat barədə sənəd Cumhurbaşqanlığından göndərilib: “CHP sədri Özgür Özel haqqında 3,  İyi Partiyasınn deputatı Lütfü Türkkan haqqında isə göndərilən bir sənəd yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinin müvafiq Komitəsində müzakirəyə çıxarılacaq”.

Xəbərdə deyilir ki, onlar müxtəlif vaxtlarda etdiyi çıxışlarda qannunları pozublar, lakin deputat olduqlarından cəzalandırılmaları mümkünsüzdür.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR