Fransa klubu kisənin ağzın açdı – “Qalatasaray”ın hücumçusunu istəyirlər

Fransa klubu kisənin ağzın açdı – “Qalatasaray”ın hücumçusunu istəyirlər  

İDMAN

Bugün, 14:51

Fransanın “Monako” klubu performansı ilə Avropanın nəhəng komandalarının diqqətini cəlb edən “Qalatasaray”ın hücumçusu Barış Alper Yılmazın transferi üçün kisənin ağzını açıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bu məqsədlə İstanbul klubuna ilkin olaraq 40 milyon avroya yaxın transfer məbləği təklifi göndərib.

İddiaya görə, “Qalatasaray” bu məbləğə etiraz edib: “Barışın dəyəri daha yüksəkdir...”.

Xəbərə görə, tərəflər arasında danışıqlar davamedir.

Xatırladaq ki, Barış Alper Yılmaz bu mövsüm “Qalatasaray”da 48 matçda 12 qol vurub, 15 məhsuldar ötürmə edib.

Onu da bildərək k, onunla Premyer Liqa və Seriya A klubları da maraqlanır.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR