"Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında..." - Ceyhun Bayramov Kallasla görüşdü + FOTOLAR (Yenilənib)
SİYASƏT
Bugün, 14:58
Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Avropa diplomatiyasının rəhbəri Kaya Kallas görüşüb.
Mia.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə regional və qlobal dinamika fonunda Azərbaycan-Aİ əlaqələrinin və dialoqunun vacibliyini vurğulanıb: "Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün imkan yaradır".
***
Xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas arasında geniştərkibli formatda görüş keçirilib.
Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinə məlumat yayıb.
Bildirilib ki, tərəflər Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin bütün istiqamətlərini əhatə edən hərtərəfli müzakirələr aparıblar. Bu çərçivədə siyasi dialoq, hüquqi və institusional əməkdaşlıq, həmçinin ikitərəfli tərəfdaşlıq gündəliyinin gələcək inkişaf perspektivləri nəzərdən keçirilib.
Görüşdə enerji əməkdaşlığına xüsusi diqqət yetirilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı təchizatçı kimi rolu, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri vurğulanıb.
Bununla yanaşı, ticarət və investisiyalar, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsallaşma, innovasiya və sənaye əməkdaşlığı, həmçinin nəqliyyat və logistika əlaqələri müzakirə olunub.
Xüsusilə Orta Dəhlizin inkişafı və regional infrastruktur layihələri diqqət mərkəzində olub.
Bildirilib ki, tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini, o cümlədən post-münaqişə dövründə vəziyyəti, yenidənqurma və bərpa işlərini, humanitar minatəmizləmə fəaliyyətlərini və Cənubi Qafqazda davam edən normallaşma prosesini müzakirə ediblər.
Dayanıqlı sülh və sabitliyin təmin olunmasının vacibliyi vurğulanıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev daha bir qanunu təqdirləyib
Bugün, 16:36 GÜNDƏM
-
Prezident bu qanunlara dəyişiklik etdi - Nələr olacaq?
Bugün, 16:33 GÜNDƏM
-
PREZİDENT ONU REKTOR TƏYİN ETDİ - FOTO
Bugün, 16:28 GÜNDƏM
-
Danışanda ağzından bal damırdı... - Seymur Verdizadə yazır
Bugün, 16:22 YAZARLAR
-
"Bizi pisləyirlər, amma yenə də bizimlə işləyirlər" - Şahbaz Xuduoğlu ittihamlara cavab verdi
Bugün, 16:10 PRESS
-
Rüfət Səfərov şahidlə üzləşdirildi - Məhkəmə prosesi
Bugün, 15:59 SİYASƏT
-
Dəyanət Sədullayev yüksək vəzifəyə təyin edilib
Bugün, 15:49 İQTİSADİYYAT
-
May gəldi, lakin… -Türkiyənin bu şəhərində qar yağdı (FOTOLAR)
Bugün, 15:39 GÜNDƏM
-
Prezident və Birinci xanım 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgilərində - FOTOLAR
Bugün, 15:29 GÜNDƏM
-
İrandan yeni həmlə - XİN başçısı Çinə gedir
Bugün, 15:17 DÜNYA
-
İcra Hakimiyyətinin tenderləri ləğv olunub - 1.2 milyon manatlıq
Bugün, 15:14 İQTİSADİYYAT
-
İlham Əliyev Baş katibi qəbul edib - Nələr müzakirə olunub?
Bugün, 15:02 GÜNDƏM
-
"Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında..." - Ceyhun Bayramov Kallasla görüşdü + FOTOLAR (Yenilənib)
Bugün, 14:58 SİYASƏT
-
Fransa klubu kisənin ağzın açdı – “Qalatasaray”ın hücumçusunu istəyirlər
Bugün, 14:51 İDMAN
-
Avropa siyasətində xüsusi çəkiyə sahib xarizmatik xanım lider... - Bakıya səfər nə vəd edir? (TƏHLİL)
Bugün, 14:46 SİYASƏT
-
AAYDA-da daha üç qurum ləğv edildi - Vüsal Nəsirli Agentlikdə struktur və kadr dəyişiklyini genişləndirir
Bugün, 14:37 GÜNDƏM
-
Azarkeşlərin maraqla gözlədiyi oyun: “Bavariya” – PSJ matçı bu kanaldan açıq yayımlanacaq
Bugün, 14:25 İDMAN
-
Media subyektləri üçün müsabiqə elan olunub
Bugün, 14:16 PRESS
-
Kaya Kallas Azərbaycanda: "Azərbaycan Avropa İttifaqı üçün dəyərli və..."
Bugün, 14:12 SİYASƏT
-
Tikinti materiallarının qiyməti artıb - Cədvəl
Bugün, 14:04 İQTİSADİYYAT
-
Ailə böhranı tendensiyası və ya komitə sədriylə nazirin utopik aforizmləri...
Bugün, 13:52 YAZARLAR
-
Dünyanin məşhur çimərliyindən narazılıq pik həddə çatdı – Çılpaq gəzintilər, seks partiləri…
Bugün, 13:40 DÜNYA
-
"Bu, Amerika ordusunun öz oyunudur" - İran BƏƏ-yə hücum iddialarını rədd edir
Bugün, 13:31 GÜNDƏM
-
Sevindik Hətəmov rayon sakinləri ilə növbəti görüş keçirib - FOTO
Bugün, 13:26 GÜNDƏM
-
Azərbaycanlı siyasi şərhçilər İrəvana gediblər
Bugün, 13:03 SİYASƏT
-
Bakıda müğənni xəstəxanada vəfat edib
Bugün, 12:49 CƏMİYYƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:37 CƏMİYYƏT
-
TƏBİB-in yeni rəhbəri daha bir unikal əmr imzaladı - Keçmiş köməkçisini yanına apardı
Bugün, 12:32 CƏMİYYƏT
-
Azercell Beynəlxalq Xalça Festivalında “Minlərlə ilmə, bir güc” xalçasını təqdim etdi - FOTOLAR
Bugün, 12:26 İQTİSADİYYAT
-
Daha bir serial tamaşaçılarla vidalaşır
Bugün, 12:09 MƏDƏNİYYƏT
-
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bugün, 12:04 CƏMİYYƏT
-
Rasim Balayevin qəbirüstü abidəsi 40 mərasimdən sonra qoyulacaq
Bugün, 11:54 MƏDƏNİYYƏT
-
Azalan dövlət xəstəxanaları, artan xəstə sayı...
Bugün, 11:36 GÜNDƏM
-
Goranboyda qəza: 7 nəfər xəsarət aldı (Yenilənib)
Bugün, 11:21 KRİMİNAL