İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?

İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?

CƏMİYYƏT

Bugün, 12:04

Son günlər paytaxtda ictimai nəqliyyatda bank kartları ilə ödəniş zamanı problemlərlə üzləşənlərin sayı artıb. Bir çox vətəndaş bildirir ki, kartlarında kifayət qədər vəsait olsa da, ödəniş zamanı “müvəqqəti bloklanıb” xəbərdarlığı ilə qarşılaşırlar. Onlar bunun nədən qaynaqlandığını bilmirlər. Bu problem demək olar ki, bütün bankların plastik kartlarında görülür.

İstifadəçilər müvəqqəti olan bloklanmanın bəzən 10-15 gün çəkdiyini qeyd edirlər. Bəziləri ay ərzində plastik kartlarla ödənişin limitli olduğunu düşünür.

Ümumiyyətlə, bank kartlarına ödənişlə bağlı limit tətbiq olunurmu? Bank kartlarının uzun müddət bloklanması nə ilə əlaqədardır?

Məsələ ilə bağlı "Bakıkart"ın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli Bizim.Media-ya limit tətbiq olunmadığını bildirib.

“Bank kartları ilə ictimai nəqliyyatda ödənişin həyata keçirilməsi müxtəlif səbəblərdən məhdudlaşdırıla bilər. Bu məhdudiyyət bank tərəfindən qoyulur. Bank kartında lazımi vəsait olmadığı üçün ödəniş sistem tərəfindən həyata keçirilir və borc yaranır. Borc silinənədək kartın üzərinə məhdudiyyət qoyula bilər. Banklara aid tətbiqlərdə son gedişdəki RRN kodu ilə məhdudlaşmanın səbəbini öyrənmək olar”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR