Goranboyda qəza: 7 nəfər xəsarət aldı (Yenilənib)

Goranboyda qəza: 7 nəfər xəsarət aldı (Yenilənib)

KRİMİNAL

Bugün, 11:21

Goranboy rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Rəhimli kəndində “Ford” markalı avtomobillə mikroavtobus toqquşub. Zərbənin təsirindən mikroavtobus yolun hərəkət hissəsində aşıb.

Nəticədə, mikroavtobusda olan 36 yaşlı A.Nəbiyev, 40 yaşlı X.Cəfərova, 44 yaşlı S.Quluyeva, 51 yaşlı Ş.Abdullayeva, 64 yaşlı N.Mustafayeva, 54 yaşlı Z.Məmmədova, 37 yaşlı A.Şirinova və 53 yaşlı Y.Məmmədova xəsarət alıb.

Onlar əkin sahəsində çalışan fəhlələr olub.

Araşdırma aparılır.

***

Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 06:10 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i kişi, 6-sı qadın) xəstəxanaya hospitalizasiya olunub.

Onlara bədən müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərdən birinin müalicəsi Cərrahiyyə şöbəsində, 4 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR