Simeone "Arsenal"la oyundan danışdı: “Sakit qalmalıyıq”

Simeone \"Arsenal\"la oyundan danışdı: “Sakit qalmalıyıq”

İDMAN

Bugün, 10:08

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone bu gün “Arsenal”a qarşı Çempionlar Liqasının yarımfinalının cavab oyunu ilə bağlı açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, argentinalı məşqçinin sözlərinə görə, oyunda sakit və emosiyalarını qorumaqla oynamalıdırlar.

56 yaşlı təcrübəli məşqçi 1-1 hesablı heç-heçədən dərs aldıqlarını da dilə gətirib: "Sakit qalmalıyıq, bu cür matçlarda bizə lazım olan şey budur. Budəfəki oyuna argentinalı futbolçu Julian Alvarez oyuna çıxacaq. O, İngiltərə liqasını çox yaxşı bilir. Ümid edirəm ki, matçda lazım olanı edəcək. Məşqçilər olaraq hazırıq, lakin hər şey oyunçulardan asılıdır."

O, “Arsenal”la oyundan əvvəl Londonda otelin iki dəyişdirilməsi barədə suala isə belə cavab verib: “Bu, xurafatla bağlıdır, düşər-düşməzi var. Zarafat edirik, bu otel daha ucuz idi. Buna görə də dəyişdik."

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR