İran XİN başçısı iki ölkəyə xəbərdarlıq etdi: "Vəziyyəti çıxılmaz hala gətirməyin”

İran XİN başçısı iki ölkəyə xəbərdarlıq etdi: \"Vəziyyəti çıxılmaz hala gətirməyin”

SİYASƏT

Bugün, 09:45

İranın xarici işlər naziri Abbas Arakçi Hörmüz boğazında ABŞ-la yaranan gərginlik fonunda açıqlamalar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Hörmüz boğazına ABŞ-ın 15 mindən çox hərbçi yığaraq İranın blokadasından azad etmə cəhdini pisləyib.

XİN başçısı deyib ki, bu, siyasi böhranın hərbi yolla həll edilə bilməyəcəyini bir daha göstərəcək: “ABŞ buna cəhd edərsə, yanıldığına növbəti dəfə şahid olacaq. Təəssüf ki, ABŞ rəhbərliyi pis niyyətli qüvvələr (İsraili nəzərdə tutur – Mia.az) tərəfindən yenidən bataqlığa sürüklənür. Vaşinqton bundan çəkinməlidir. Biz bununla bağlı ABŞ-a və ona bu prosesdə dəstək verən Birləşmiş Ərəb Əmirliklərinə xəbərdarlıq edirik, vəziyyəti çıxılmaz hala gəirməyin”

XİN rəhbəri ABŞ-ın “Azadlıq Əməliyyatı” adlı əməliyyat planının elə ilk cəhddə uğursuzluğa məhkum olacağıı iddia edib: “Pakistanın xoşməramlı səyləri sayəsində danışıqlar irəliləyir. Belə bir anda hər hansı bir əməliyyat hər şeyi dəyişəcək”.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR