Kənd təsərrüfatı təyinatlı torpaqlardakı kol-kos və ağaclar...
İQTİSADİYYAT
Bugün, 12:10
Məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda götürülə biləcək.
Mia.az xəbər verir ki, bununla bağlı "Yaşıllıqların mühafizəsi haqqında" qanuna dəyişikliklər təklif edilir.
Qanun layihəsi parlamentin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, yuxarıda qeyd edilən halda kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilməyəcək.
Həmçinin, təklif edilən dəyişikliklə ağac və kol anlayışlarının izahı da dəqiqləşdirilir. Belə ki, sənədə əsasən, ağac – oduncaqlaşmış bir əsas gövdəyə və çətirə malik, torpaq səthindən yuxarıda budaqlanan çoxillik bitki, kol dedikdə isə oduncaqlaşmış gövdələrə və çətirə malik, aydın müəyyən edilmiş əsas gövdəsi olmayan, torpaq səthindən (kök boğazdan) budaqlanan çoxillik bitki nəzərdə tutulacaq.
Qanun layihəsində vurğulanıb ki, kolların kəsilməsi ilə bağlı məlumatlandırma icraatı həyata keçiriləcək.
Kolların kəsilməsi üçün müəyyən edilmiş hal mövcud olduqda ərizəçi tərəfindən kolların kəsilməsindən əvvəl kəsiləcək kolların sayı, cinsi, növü, hündürlüyü, fotoşəkli, həmin kolların yayıldığı ərazinin ölçüsü (hektarla), kolların kəsilməsini zəruri edən hal, kolların yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, habelə ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi (FİN-i), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, həmçinin onun vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin surəti, hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə məlumat veriləcək.
Bildirilib ki, ərizəçi tərəfindən yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsi qadağandır.
Sənədə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 10 (on) təqvim günü müddətində həmin kolların kəsilməsinə dair irad ərizəçiyə təqdim edilmədikdə ərizəçi kolların kəsilməsini həyata keçirə biləcək.
İrad olduqda həmin irad normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
SEPAH: “Hörmüz boğazında qadağamızı pozan gəmilər vurulacaq”
Bugün, 14:15 GÜNDƏM
-
"Günah kişilərin eqoist analarındadır” - Müğənni Ayan + VİDEO
Bugün, 14:13 ŞOU-BİZNES
-
Nazpəri Dostəliyeva: "Onların məzarına gedəndə deyirəm ki, baxın..."
Bugün, 14:04 ŞOU-BİZNES
-
Vüqar Məmmədovun məhkəmə prosesi başlayıb
Bugün, 13:55 PRESS
-
Bakıda əməliyyat: üç nəfər belə saxlanıldı - VİDEO
Bugün, 13:29 KRİMİNAL
-
Avroviziya yarışması: etirazlar artıb
Bugün, 13:21 MƏDƏNİYYƏT
-
Taliban rejimi daha bir qadağa qoydu – Bu dəfə maşınlara
Bugün, 13:09 DÜNYA
-
Gediş haqları artıq çıxılır? - Üç qurum birgə məlumat yaydı
Bugün, 13:00 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:43 GÜNDƏM
-
İlham Əliyev İrəvandakı "Avropa Siyasi Birliyi"nin sammitinə qatıldı: mühüm mesajlar verilib + VİDEO (YENİLƏNİBR)
Bugün, 12:15 GÜNDƏM
-
Türk kriminal liderinin “Cəhənnəm Mələkləri”nə qarşı Almaniyada əməliyat: 67 nəfər saxlanıldı – FOTOLAR
Bugün, 12:14 KRİMİNAL
-
Kənd təsərrüfatı təyinatlı torpaqlardakı kol-kos və ağaclar...
Bugün, 12:10 İQTİSADİYYAT
-
Nikol Paşinyan Azərbaycana gəlmək istəyir (Yenilənib)
Bugün, 12:07 SİYASƏT
-
"SƏSSİZLƏRİN SƏSİ” MALTADA - FOTOLAR
Bugün, 11:59 MƏDƏNİYYƏT
-
Evdə it-pişik saxlayanların nəzərinə: yeni qaydalar qüvvəyə mindi
Bugün, 11:48 CƏMİYYƏT
-
Kaya Kallas Azərbaycana gəlir
Bugün, 11:44 GÜNDƏM
-
“Qalatasaray” tərəfdarları ilə super liqaya yeni yüksələn komandanın azarkeşləri bir-birinə “girdi” – Polis müdaxilə etdi
Bugün, 11:31 İDMAN
-
Taleh Kazımov yeni qərar imzalayıb
Bugün, 11:25 İQTİSADİYYAT
-
Bir foto, çox sual və ya sabiq nazirə məxus restorandan verilən sətiraltı mesaj...
Bugün, 11:10 SİYASƏT
-
48 saatlıq həbs qətimkan tədbiri - Konstitusiya Məhkəməsində müzakirəyə çıxarıldı, MM-ə müraciət olundu
Bugün, 11:03 KRİMİNAL
-
Subbakalavrların qeydiyyatı başlayıb - DİM açıqladı
Bugün, 11:00 GÜNDƏM
-
Netanyahunun məhkəməsi təxirə salınıb
Bugün, 10:53 DÜNYA
-
İsrail Livanın 4 şəhərin hücuma hazırlaşır – Xəbərdarlıq
Bugün, 10:42 DÜNYA
-
İran ABŞ bazalarını necə bu qədər dəqiq vurdu? - Çin peyki, Rusiya ilə əməkdaşlıq və... (TƏHLİL)
Bugün, 10:35 SİYASƏT
-
Pensiyalar nə qədər artırılacaq? - DEPUTATDAN ŞƏRH
Bugün, 10:31 İQTİSADİYYAT
-
ABŞ ordusu Hörmüzdə əməliyyyata hazırlığı artırdı – CENTCOM hərəkətlənib
Bugün, 10:12 GÜNDƏM
-
Gəncədə 21 yaşlı qadın bıçaqlanıb
Bugün, 10:03 KRİMİNAL
-
DÜNYANI TƏDİRGİN SALAN YENİ EPİDEMİYA: hantavirus nədir?
Bugün, 09:42 GÜNDƏM
-
Mbappenin sevgilisi ilə İtaliya macərası… - FOTOLAR
Bugün, 09:27 ŞOU-BİZNES
-
"İnter" 21-ci dəfə çempion oldu
Bugün, 09:20 İDMAN
-
İranda daha 3 nəfər asılıb – “Mossad” casusu ittihamı ilə
Bugün, 09:09 DÜNYA
-
Hörmüz boğazında neft tanker vurulub
Bugün, 09:00 GÜNDƏM
-
İran: “ABŞ-ın Hörmüz boğazında dəniz qaydalarına müdaxiləsi…”
Bugün, 08:57 DÜNYA
-
Deputatın bahalı çantası müzakirəyə səbəb oldu - FOTOLAR
Bugün, 08:52 CƏMİYYƏT