İngilislər “Fənərbağça”nın futbolçusuna elçi düşüb – 18 milyonluq bazarlıq davam edir

İngilislər “Fənərbağça”nın futbolçusuna elçi düşüb – 18 milyonluq bazarlıq davam edir

İDMAN

Bugün, 16:21

İngiltərə Premyer Liqasında çıxış edən “Nottingem Forest” klubu “Fənərbağça”nın futbolçusu Arçi Brauna elçi düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ingilislər bu futbolçu üçün İstanbul klubuna 16 milyon avro transfer haqqı təklif edib.

Məlumata görə, Istanbul klubu isə bu məbləğə “yox” deyib: “Fənərbağça” bu transfer üçün minimum 18 milyon avro tələb edir. Hazırda arada qalan 2 milyon avro ilə bağlı bazarlıq davam edir”

Xatırladaq ki, 23 yaşlı futbolçu ötən mövsümün əvvəlində "Gent"dən 9 milyon avro alınıb. O, 36 matçda 4 qol atıb, 7 məhsuldar ötürmə verib.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR