Növbədənkənar qurultay keçiriləcək

img

29-09-2014 [15:14]


Müsavat Partiyasının sentyabrın 27-də keçirilmiş qurultayında nizamnamə və proqrama təklif olunan dəyişiklikləri müzakirəyə çıxarmağa vaxt çatmayıb. Başqan müavini Gülağa Aslanlı sentyabrın 29-da "Mediaforum” saytına açıqlamasında deyib ki, bu səbəbdən növbədənkənar qurultayın çağırılması nəzərdə tutulur: "Partiyanın nizamnamə və proqramına dəyişikliklər həmin qurultayda müzakirəyə çıxarılacaq”.

Gülağa Aslanlı əlavə edib ki, 27 sentyabr qurultayında Məclis və Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvlərinin hamısını seçmək mümkün olmayıb: "Namizədliyini vermiş şəxsləri seçmək səlahiyyəti Məclisə verilib. Yəqin ki, Məclisin növbəti sessiyasında bu məsələyə baxılacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA